Yuxarı

Pensiyaçılara kredit verilməyəcək – Səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiyaçılara kredit verilməyəcək – Səbəb

Maliyyə Bazarlarına Nəzarət Palatası pensiyaçılara kredit verilməsinin qadağan olunması ilə bağlı qərarın səbəbini açıqlayıb.

Musavat.com xəbər verir ki, ANS-ə açıqlama verən palatanın direktorlar şurasının sədri Rüfət Aslanlı pensiyaçılara kredit verilməsinin tamamilə qadağan olunmasından söhbət getmədiyini və bu qərarın kredit portfelində pensiaçıların sayı çox olan banklara aid olduğunu deyib.

R.Aslanlı əlavə edib ki, problemli kreditlərin tərkibində ən həssas qrup olan pensiyaçıların orta aylıq gəliri 160 manat təşkil edir: "Onların ödədiyi aylıq ödənişlər isə 105 manat civarındadır. Belə olan halda pensiyaçının öz güzəranı sual doğurur. Bu o deməkdir ki, hər bir pensiyaçı hər ay qazancının təxminən 67-68 faizini borc müqabilində banka ödəməlidir, və 55 manatla özünü təmin eləməlidir. Artıq bəllidir ki, 55 manat insanın 1 ay ərzində yaşaması üçün yetərli deyil".

R.Aslanlı bildirib ki, pensiyaçılar kreditləri çox vaxt özlərinin yox, yaxınlarının ehtiyacı üçün alırlar. Onlar isə ödəniş etmədikcə borc avtomatik olaraq pensiyaçının hesabından tutulur. Bu da onların sosial vəziyyətini pisləşdirir.

Tarix
2016.04.24 / 20:19
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla