Yuxarı

Ermənilərin təhdid etdiyi Salamov: "Azərbaycanlılar..."

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin təhdid etdiyi Salamov: "Azərbaycanlılar..."

Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda məşhur özbək tədqiqatçı Şuxrat Salamovla (Barlas) görüş olub.

İnstitutdan Kult.az-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Ş.Salamovun imzasının Azərbaycan ictimaiyyətinə yaxşı tanış olduğunu deyib. Vurğulanıb ki, Ş.Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) kitablarının müəllifidir. Y.Mahmudov deyib: “Təkzibolunmaz və çoxlu sayda arxiv sənədləri əsasında yazılmış bu əsərlər sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli faciələrindəndir”.

Görüşdə özbək tədqiqatçı bildirib ki, azərbaycanlılar tarixən Özbəkistanın ictimai, mədəni həyatında mühüm rol oynayıblar.

Ş.Salamov Tarix İnstitutuna Özbəkistanın paytaxtı Daşkənddə özbək dilində çap olunmuş kitabları - Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Geosiyasət”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitablarını, Məhəmməd Füzulinin əsərlərini, “Müasir Azərbaycan poeziyası antologiyası”nı təqdim edib.

Xatırladaq ki, Ş.Salamov Tarix İnstitutunun fəxri doktoru və dissertantıdır. O, hazırda “Azərbaycan və Türküstan tarixində daşnak terroru” mövzusu üzərində tədqiqat aparır. Dissertantın elmi rəhbəri Y.Mahmudovdur.

Tarix
2017.03.03 / 19:38
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla