Yuxarı

Prezidentin təltif etdiyi Qurbanov kimdir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentin İlham Əliyev Fazil Qurbanovla bağlı sərəncam imzalayıb.

Kult.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin inkişafında xidmətlərinə və səmərəli diaspor fəaliyyətinə görə Fazil Səməd oğlu Qurbanov "Şöhrət" ordeni ilə təltif edilib.

Qeyd edək ki, Fazil Qurbanov 1944-cü il fevralın 18-də Bakıda qulluqçu ailəsində anadan olub. 1973-cü ildə indiki Azərbaycan Tibb Universiteti müalicə-profilaktika fakültəsini bitirib, Respublika Uroloji Xəstəxanası nəzdində internatura keçib. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının (EA) Fiziologiya İnstitutunun cərrahiyyə qrupunun elmi işçisi (elmi rəhbəri SSRİ Tibb Elmləri Akademiyasının (TEA) akademiki M.A.Topçubaşov) olub.

F.Qurbanov 1980-ci illərdə SSRİ TEA-nın Ümumittifaq Elmi-Cərrahiyyə Mərkəzi (ÜECM, indiki Rusiya Tibb Elmləri Akademiyasının Elmi-Cərrahiyyə Mərkəzi) nəzdində aspiranturada oxuyub.

Tibb elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvüdür.

Tarix
2019.03.06 / 23:06
Müəllif
Kult.az
Digər xəbərlər

Pezeşkian Xankəndiyə gəlir

Azərbaycanın səfiri Rusiya XİN-ə gəldi - Video

Bu, Rusiyanı daxildən məhv edəcək

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla