Yuxarı

Türkiyədə Koroğlunun nəhəng abidəsi açıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə Koroğlunun nəhəng abidəsi açıldı

Martın 19-da Türkiyənin Bolu şəhərində Koroğlunun nəhəng abidəsinin açılışı olub.

Kult.az xəbər verir ki, bu münasibətlə Bolu bələdiyyəsi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə Novruz şənliyi və abidənin açılış mərasimi keçirilib.

Mərasimdə rəsmi şəxslər, türkdilli ölkələrdən gələn çoxsaylı qonaqlar, Boluda təhsil alan xarici tələbələr, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Türkiyənin dövlət himni səsləndirilib.

Dəmir döymə mərasimi və Novruz tonqalı yandırılandan sonra “Koroğlu” dastanından parçalar oxunub.

Rəsmi hissədə Bolu Bələdiyyəsinin sədri Ələddin Yılmaz, Bolu valisi Əhməd Ümid, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstan Rəssamlıq Akademiyasının prezidenti Amandos Akanayev və Koroğlu abidəsinin müəllifi, Qazaxıstanın tanınmış heykəltəraşı Murad Mansurovun çıxışları dinlənilib.

Çıxışlarda diqqətə çatdırılıb ki, türksoylu xalqların ortaq milli dəyəri olan Koroğlunun Boluda belə bir möhtəşəm abidəsinin ucaldılması ümumiləşdirilmiş şəkildə xalq qəhrəmanlarımıza göstərilən milli ehtiramın göstəricidir. Vurğulanıb ki, Koroğlu türksoylu xalqlarda nəsillərin formalaşmasına böyük təsir göstərən əbədi qəhrəmandır. Türksoylu xalqlar bundan sonra da Koroğlunun qəhrəmanlıq obrazından iftixar duyacaqlar. Əminliklə qeyd olunub ki, Türkiyəyə səfər edən bütün qonaqlar, o cümlədən türksoylu insanlar Boludakı nəhəng Koroğlu abidəsini seyr etməkdən zövq alacaqlar.

Məlumat verilib ki, Koroğlu abidəsinin ucaldılması TÜRKSOY-un təşəbbüsü ilə 2016-cı ildə start götürən “Koroğlu” abidə müsabiqəsi əsasında həyata keçirilib. Müsabiqədə 11 layihə iştirak edib. Qalib layihənin müəllifi Qazaxıstanın tanınmış heykəltəraşı Murad Mansurovdur. Abidənin yerləşdiyi və eyniadlı milli park statusu verilən ərazi 100 min kvadrat metrdir. Abidə Qazaxıstanda düzəldilərək hissələrlə Boluya gətirilərək quraşdırılıb. Abidənin yerləşdiyi kompleksin altındakı sahə Koroğlu muzeyi və sərgi salonu kimi nəzərdə tutulub. Bu muzeydə türkdilli ölkələrdə Koroğlu ilə bağlı yaradılan ən dəyərli əsərlər sərgilənəcək.

Mərasim geniş bədii hissə ilə davam edib.

Tarix
2019.03.19 / 22:23
Müəllif
Kult.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla