Yuxarı

Əbülfəs Qarayev bu əyalətin baş naziri ilə görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əbülfəs Qarayev bu əyalətin baş naziri ilə görüşdü - Foto

İyulun 15-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan İslam Respublikasının Gilgit-Baltistan əyalətinin baş naziri Hafiz ur Rəhmanı qəbul edib.

Kult.az xəbər verir ki, Əbülfəs Qarayev qonağı səmimiyyətlə salamlayaraq ölkəmizin zəngin mədəniyyəti haqqında söz açıb. Bildirib ki, son illər ölkəmizdə mədəniyyət sahəsinin inkişafı, mədəni irsin qorunması və bu istiqamətdə beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verilir.

Nazir bu günlərdə UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə uğurla keçirildiyini və Pakistan nümayəndə heyətinin də sessiyada fəal iştirak etdiyini diqqətə çatdırıb. Əbülfəs Qarayev sessiyada həmçinin Pakistanın Lahor şəhərindəki tarixi abidələrin qorunması üçün mühüm qərarın qəbul edildiyini deyib.

İki ölkə arasındakı münasibətlərə toxunan nazir Azərbaycan və Pakistan xalqları arasındakı mövcud olan dostluq, qardaşlıq əlaqələrindən danışıb. Ölkələrimizin bir-birini bütün beynəlxalq təşkilatlarda daim dəstəklədikləri vurğulanıb.

Qonaq Pakistanın Gilgit-Baltistan əyalətinin tarixi, mədəni həyatı və turizm potensialı haqqında geniş məlumat verib. Hafiz ur Rəhman Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb. O, Pakistan ilə Azərbaycan arasında səmimi dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğulayaraq qarşılıqlı səfərlərin, görüşlərin bu münasibətlərin daha da inkişafına təkan verdiyini deyib.

Görüşdə ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Mədəniyyət kollektivlərinin qarşılıqlı səfərlərinin təşkilinin, birgə mədəni tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Tarix
2019.07.15 / 20:19
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla