Yuxarı

“Oskar”dan imtina edən 6 məşhur

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Oskar”dan imtina edən 6 məşhur

1927-ci il oktyabrın 18-də dünyaya gələn Amerikalı aktyor Corc K. Skot təkcə canlandırdığı obrazlarla deyil, həmçinin "Oskar"dan imtina edən ilk aktyor kimi də tarixə düşüb.

Bəs Corc K. Skot "Oskar"dan imtina edən tək məşhurdurmu?

1. Ssenarist Dedli Nikols da "Oskar"dan imtina edib. Qeyd edək ki, bu mükafat 1935-ci ildə istedadlı ssenaristə "Müxbir" filminə görə veriləcəkdi. Lakin o bu mükafatdan imtina edib. Ssenarist "Oskar"dan imtina etməklə acgöz kinostudiyalara qarşı aksiya keçirən Qildiya ssenaristlərini dəstəkləyib.

2. 1970-ci ildə "Oskar" mükafatı "Patton" filmində "ən yaxşı kişi aktyor" nominasiyasında Corc K. Skota layiq görülüb. Film ikinci dünya müharibəsinin bir qəhrəmanından bəhs edir. Elə mükafatlandırma zamanı Corc hamını heyrətləndirərək bildirib ki, barbar və rüşvətxor hesab etdiyi kinoakademiyadan olan mükafatı qəbul etməyəcək.

3. 1971-ci ildə Kinoakademiya İ. Berqmanı möhtəşəm prodüsserlik işinə görə İrvinq Talbot adına xüsusi ödüllə mükafatlandırmaq istəyib. Lakin İ. Berqman dəyərli vaxtını sərf etmək fikrində olmadığını və bu tədbiri xüsusi diqqətə layiq hesab etməyərək, öz yerinə norveçli aktrisa Liv Ulmanı göndərib.

4. 1971-ci ildə məşhur rejissor Orson Uells də fərqlənib. Belə ki, o, layiq görüldüyü "Oskar" mükafatının təqdimetmə mərasiminə getməkdən nümayişkaranə şəkildə imtina edib.

5. 1972-ci ildə "Xaç atası" filmindəki "ən yaxşı aktyor" nominasiyası üzrə aktyor Marlon Brando "Oskar"a layiq görülüb. Lakin o, mərasimə getməyərək öz yerinə hindistanlı Kiçik Peronu göndərib. Hindistanlı xanım da səhnədən aktyorun kino dünyasının yerli amerikalılara qarşı münasibətindən narazı olduğunu bildirərək, aktyorun yaşanan vəziyyətin dəyişəcəyinə inanmadığını qeyd edib. Maraqlısısa odur ki, bu hadisəyə qədər Marlon artıq bir "Oskar"ın sahibiymiş.

6. 2010-cu ildə fransız aktyor və rejissoru olan Jan-Lyuk Qodar da "Oskar"dan imtina edib. Mərasimdən gələn dəvəti rejissorun həyat yoldaşı cavablandırıb və artıq 80 yaşı tamam olmuş Qodarın səhhətinə çox həssas yanaşdığını qeyd edərək "hər hansı dəmir parçasına" görə Kaliforniyaya getməyəcəyini bildirib. Qodarın həyat yoldaşı, bunun sadəcə vaxt itkisi olduğunu da əlavə edib. Lakin onun bu açıqlaması ən məşhur nəşriyyatlar tərəfindən tənqidi yazılarla qarşılanıb. Bunun qarşısında rejissor mərasimə qatılacağına söz versə də, öz sözünün üstündə durmayıb.

Tarix
2013.10.21 / 23:02
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla