Yuxarı

Sərkisyan “özümü güllələyərdim” dedi: Rəhimi xatırladınız?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serj Sərkisyanın ötən gün sakinlərlə görüşdə İkinci Qarabağ savaşı və ümumiyyətlə müharibə haqda dedikləri çox düşündürücüdür.

Sərkisyan dedi ki, müharibə onun üçün ən mənfur şeydir, müharibə, hərbi əməliyyatlar olmasını heç vaxt istəməzdi.

Onun Qarabağda müharibəni başlayanlardan biri olduğunu, azərbaycanlılara qarşı qətliamlar və soyqırımlar törətdiyini və buna görə də şərəfsiz və ləyaqətsizcəsinə yalan danışdığını düşünürsünüz?

Elə deyil! Sərkisyan tamamilə doğrunu deyir. O, sözün hər mənasında müharibədən it kimi qorxur, müharibə olmasını istəmir və Sərkisyan heç müharibə də aparmayıb! O, rus mütəxəssisləri və ağır silahları sayəsində dinc azərbaycanlılara qarşı soyqırım, qətliamlar törətməklə, mülki azərbaycanlıları torpağından qovmaqla, SSRİ-nin dağıldığı bir zamanda Cənubi Qafqazda qalan rus ordusunun qalıqlarını pulla tutaraq, Azərbaycan torpaqlarını işğal etməklə məşğul olub. Sərkisyan nə vaxt nizami ordu ilə üz-üzə gəlib, nə vaxt əsl müharibəyə girib, nə vaxt girdiyi savaşdan qalib ayrılıb ki!

Onlarla tank, 366-cı alayın gücü ilə avtomatla silahlanmış 5-10 nəfərdən ibarət özünümüdafiə dəstəsinin üzərinə gəlmək müharibə sayılır?

Sərkisyan yalnız uşaq, qoca, qadın qatili olub və bununla fəxr edəcək qədər şərəfsizdir. Hələ 20 il bundan əvvəl Tomas de Vaala müsahibəsində Xocalı soyqırımını törətməsini nəinki etiraf etmiş, həm də bunu “əsaslandırmağa” çalışmışdı, demişdi ki, azərbaycanlılar Xocalı qətliamına qədər bizim ciddi olduğumuzu anlamırdılar, onlara Xocalıda sübut etdik ki, biz zarafat etmirik!

Sərkisyan ilk dəfə əsl döyüşü 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində, Yeltsinin təkidi ilə Azərbaycanın neft kəmərlərinin keçəcəyi əraziləri işğal etməyə çalışdığı zaman görmüşdü. Yeltsinin canlı qüvvə ilə birbaşa yardım etdiyi bu hücumda Heydər Əliyevin çağırışı ilə Azərbaycanın hələ formalaşmamış ordusu – daha dəqiq desək, könüllüləri onlara elə bir zərbə endirmişdi ki, Sərkisyan və Köçəryan Yeltsinin tələblərini icra etməkdən rəsmən imtina etmiş, Azərbaycana atəşkəs üçün 3 dəfə ardıcıl xahişlə müraciət etmişdilər. 12 may 1994-cü il atəşkəsinin səbəbi də bu idi. Yoxsa ardıcıl işğallar həyata keçirən Sərkisyan-Köçəryan cütlüyü Azərbaycanla atəşkəsə razı olardılarmı?

Sərkisyan Ordunun nə olduğunu isə 2016-cı ilin aprelində gördü! Cəmi 45 dəqiqəyə güvəndiyi Ohanyan səddi darmadağın edildi, Azərbaycan Ordusu həmin ərəfədə 4 rayona girməyi bacardı. 4 gündə Sərkisyan faktiki olaraq darmadağın edildi, diz çökdürüldü.

Cermukda sakinlər önündə çıxışında deyir ki, Paşinyanın yerində olsa, İkinci Qarabağ savaşının nəticəsindən sonra başına güllə çaxardı...

Ləyaqəti olan Aprel savaşında Rusiyaya yalvararaq müharibəni dayandırmaz, müharibənin dayanması qarşılığında rayonların boşaldılması öhdəliyini üzərinə götürməz, sonra da bu öhdəlikdən qaçmaq üçün hakimiyyəti tez-tələsik Paşinyana verib rədd olmazdı; ləyaqəti olan elə o zaman əsl Ordu ilə vuruşub məğlub olar, sonra da təpəsinə güllə çaxardı.

Ancaq əlbəttə ki, Sərkisyan təpəsinə güllə çaxacaq şəxsiyyət deyil. Onun o ləyaqəti yoxdur!

Yeri gəlmişkən, Sərkisyanın “özümü güllələyərdim” sözü sizə kimisə xatırlatmadı ki?

Söhbət Rəhim Qazıyevdən gedir. Rəhim Qazıyev sonradan bu sözü demədiyini bildirmişdi və bəlkə də haqlıdır. Amma nədənsə Şuşanın işğalı ərəfəsində yayılan o sözünü həmin vaxt yox, 20 il sonra təkzib elədi və ümumiyyətlə, Şuşanı əldə verən müdafiə nazirinin o sözü deməsi yox, deməməsi və başına güllə çaxmaması müzakirə edilməlidir.

Mahiyyət eynidir və burda həm də qeyri-peşəkarlıq məsələsi var. Müharibəni dərk etməyən, guya “ermənilərə daha ağır zərbə vurmaq üçün” Laçının 2 kilometrliyinə qədər irəliləmiş ordunun hücumunu dayandıran və bununla da ermənilərin özünə gəlib hazırlaşmasına imkan tanıyan Rəhim Qazıyevlə Sərkisyanın heç bir fərqi yoxdur. Fərq yalnız ondadır ki, Rəhim Qazıyev uşaq qatili deyil, mülki insanlara divan tutmayıb...

Sərkisyanın bu etirafında daha bir dəhşət də gizlənib. Bu adam bütün ömrünü Qarabağın işğalına, azərbaycanlıların qətliamına, torpaqlarından didərgin salınmasına həsr edib. Və budur, şükürlər olsun Allaha ki, Sərkisyan nəinki istəyinə çatdı, hətta 1988-ci ildəki imtiyazlardan da məhrum olduqlarını gördü.

Sərkisyan həm də onu gördü ki, o, azərbaycanlılara qarşı soyqırıma başlayanda Qarabağda 150 min erməni yaşayırdısa, indi 30 min erməni var – o da rus sülhməramlılarının hesabına... 4 ildən sonra o nəticəyə də baxarıq və Sərkisyan ölməyəcək, Qarabağda bir erməninin qalmadığını da görəcək.

Sərkisyan həm də onu gördü ki, o, azərbaycanlıları Ermənistandan qovmağa başlayanda Ermənistanın əhalisi 3,5 milyon idi, indi 1,8 milyondur: gerisinə baxarıq...

Sərkisyan həm də onu gördü ki, Azərbaycan Naxçıvanla quru əlaqəsini yaradır və Zəngəzura yerləşir. Sərkisyan ölməyəcək – Zəngəzurun taleyini də görəcək...

Sərkisyanın həyatını həsr etdiyi ideya cəhənnəmə getdi, gorbagor oldu... Sən daha niyə yaşayırsan ki? Təpənə güllə çaxmaq üçün daha nə lazımdır sənə?

Yeri gəlmişkən, Rəhim də, Surət də sağdır – ümid edək ki, sevinirlər və səhvlərinə görə bağışlanmalarını diləyirlər... Hərgah Surət Hüseynovun dünənki açıqlamasında bağışlanma xahişi yox, alibi axtarışı vardı...

Tarix
2021.06.07 / 23:50
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla