Axar.az
Yuxarı

İrəvanda “revanş” çaxnaşması və Prezidentin ismarışı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibə verib. Əlbəttə, Prezident nüfuzlu xarici media orqanlarına dəfələrlə müsahibə verib və hər birinin öz mövzusu, öz ismarışları olub. Bu dəfəki müsahibəni özəl qılan hansı səbəblər vardır?

Məncə, ilk növbədə, müsahibənin 27 sentyabr – 44 günlük müharibənin başlanmasının birinci ildönümü ərəfəsində verilməsi, müsahibədə məhz həmin müharibədən, müharibədəki şanlı qələbəmizdən danışılması çox önəmlidir. Çünki müsahibə özünəxas auditoriyası olan rusdilli hərbi analitik nəşrə verilib, üstəlik, bir sıra detallar ilk dəfə açıqlanıb.

Başqa bir fərqləndirəcəyimiz məqam, Prezidentə verilən suallarla bağlıdır – açıq görünür ki, nüfuzli hərbi-siyasi analitik olan Baş redaktor Azərbaycana, Ermənistana, ümumən regionada baş verən hadisələrə yaxşı bələddir. Burada bir mühüm istiqamət də istər ötən il müharibənin gedişində, istər müharibədən sonra Azərbaycan Prezidentinin xarici və yerli media orqanlarına verdiyi müsahibələrin, beynəlxalq tədbirlərdəki çıxışlarının, keçirdiyi görüşlərin, tvitlərinin Azərbaycan həqiqətlərini beynəlxalq miqyasda hansı dərəcə və keyfiyyətdə tirajlamasına şahid olmağımızdır.

Rusiyanın “Nasionalnaya oborona” jurnalına bu dediklərimiz fonunda müsahibə verən cənab Prezident 44 günlük Vətən Müharibəsi ilə bağlı çoxsaylı sualları cavablandırarkən, sülhquruculuğu prosesi və regionun gələcəyi ilə bağlı fikirlərini də bölüşdü.

“Nasionalnaya oborona” vasitəsi ilə böyük rusdilli auditoriyaya Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olması, bununla bağlı əməliyyat planlarının hazırlanması barədə önəmli ismarışlar paylaşılmış oldu. Bəllidir ki, 44 günlük müharibə Ermənistanla Azərbaycan arasında getsə də, Ermənistana daşınan silah-sursat əsasən (və kütləvi şəkildə) Rusiyadan göndərilirdi. Belə daşınmalar müharibədən öncəki aylarda, müharibənin gedişində, hətta müharibədən sonra da davam edib. Üstəlik, 10 noyabrda imzalanan və 44 günlük müharibəyə son verən Üçtərəfli Bəyanat məhz Rusiyanın iştirakı ilə imzalanıb. 2021-ci ilin yanvarında imzalanan ikinci Üçtərəfli Bəyanatı da bura əlavə etsək, habelə Rusiya hərbçilərinin hazırda Qarabağın dağlıq hissəsində mövcudluğu, Rusiyanın Ermənistan üzərindəki çox böyük təsirləri, belə bir müsahibənin məhz rusdilli mühitdə tirajlanmasının dəyərini daha aydın təsəvvür etməyə imkan yaradır.

Əlbəttə, dövlət başçısının bu mühüm müsahibəsi başqa dillərdə də tirajlanır; Ermənistanın, Ermənistanı müdafiə etməyə həvəslilərin Azərbaycanın dövlət başçısının qəti mövqeyi ilə geniş şəkildə tanış olması mühüm hadisədir. Bu müsahibənin başqa bir dəyəri ondadır ki, Ermənistanda ikibaşlı “əvəzçıxma” çaxnaşmaları səngiməyib. Bir dəstə daxili siyasi meydanda əvəzçızma həvəsindədir; başqa bir “əvəzçıxma” cəhdi isə Qarabağda itirilmiş imkanlarla bağlı olub, uğursuz dövlətin müxtəlif siyasi-hərbi kəsimlərini əhatə edir. Daxili əvəzçıxma səyləri öz işləridir, lakin hər iki əvəzçıxma meyli güclənərsə, bundan ziyan çəkən, itirən erməni cəmiyyəti, uğursuz erməni dövləti özü olacaq. Qalibiyyət Azərbaycana yeni imkanlar qazandırıb, bu hər kəsə bəlli bir həqiqətdir. Biz qısa müddət ərzində mümkünsüzü mümkün etmiş, tarixi Zəfər qazanmış və sürətli təmir-bərpa, quruculuq prosesinə başlamışıq. Ermənilərsə hələ də Hadrutda, Cəbrayılda, Füzulidə meyit, öz daxillərində isə günahkar axtarırlar. Ermənistan keçilməz “Ohonyan xətti”nin necə sürətli keçildiyini görə-görə (Ohonyanın özünün canını Şuşadan necə götürüb aradan çıxdığını bilə-bilə), bu məğlub vaxtında bizim qarşımızı kəsə, bizdən əvəz çıxa bilərmi? Sınıq-salxaq günə salınmış Ermənistan ordusunun qalib Azərbaycan Ordusuna üstün gəlməyə nə mənəvi-psixoloji durumu, nə silah-sursatı, nə də kadr ehtiyatı imkan verir. Çox qısa müddətdə 10 min fərari ortalığa çıxaran bir ölkə əvəz çıxmaq haqqında deyil, öz səhvlərindən nəticə çıxarmaq haqqında düşünməlidir.

Əgər Ermənistanın ötən il sentyabrın 27-də pik nöqtəyə çatan ardıcıl hərbi təxribatları, yeni müharibə və işğal planları onların ağır itkilərinə, məğlubiyyətinə səbəb oldusa, növbəti belə təxribatlar hələ cəhd mərhələsindəykən öz cavabını alacaq! Ermənistan hərbi-siyasi rəhbərliyi unutmamalıdır ki, müharibənin ilk günündən Azərbaycan Ordusunun torpaqları işğaldan azad etməyə başlaması, bir addım belə geri çəkilməməsi, 44 gün hücumda olaraq Zəfər qazanması öz nəticələri ilə bugünümüzdə itirak edir, gələcəyimizdə iştirak edəcək və bizə həmişə ruh verəcək. “Dəmir yumruq” yerindədir!

44 günlük müharibədə Azərbaycanın qələbəsini şərtləndirən səbəblər cənab Prezidentin müsahibəsində çox dəqiq göstərilib. Ən ümumi şəkildə ifadə etsək, qələbəmizi şərtləndirən səbəbləri belə sıralaya bilərik:

- Azərbaycanda təkmil siyasi idarəetmənin mövcud olması; Prezidentin uzaqgörən siyasəti və bunun nəticəsində Azərbaycanın daxili və xarici siyasətdə böyük uğurlar əldə etməsi;

- Azərbaycanda güclü iqtisadi imkanların təmin edilməsi, iqtisadi imkanlardan səmərli istifadə, Prezidentin həyata keçirdiyi iqtisadi siyasətin uğurlarının ordu quruculuğuna şamil edilməsi;

- Azərbaycanın etibarlı, məsuliyyətli hakimiyyətə malik olması;

- Güclü, çağdaş – qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək qüdrətinə malik nizami ordunun yaradılması;

- Azərbaycanda vətəncanlı gənclər nəslinin yetişdirilməsi;

- Azərbaycan dövlətinin qısa zamanda, çevik şəkildə bütün resursları səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı;

- Azərbaycanda xalq-dövlət birliyinin, milli həmrəyliyin mövcud olması.

Yeri gəlmişkən, bu geniş müsahibəsini təhlil edən ekspertlərin Ali Baş Komandan İlham Əliyevin özünün 44 günlük müharibə dövründəki fəaliyyəti ilə bağlı gəldiyi qənaətləri də burada ifadə etmək istərdim:

* İlham Əliyevin lider özəllikləri, cəmiyyəti vahid amal uğrunda səfərbər etmək bacarığı, prinsipial, qətiyyətli və dünya səviyyəli siyasətçi, mahir strateq olması;

* İlham Əliyevin Ali Baş Komandan olaraq hərbi əməliyyatlara şəxsən başçılıq etməsi, bütün məsələləri anban – ən xırda detallaradək nəzarətdə saxlaması, əməliyyat planlarına zəruri, operativ dəyişiklər etməsi və bunun müsbət nəticələr verməsi;

* Prezidentin müharibə dövründəki çıxışları, xalqa müraciətləri, Qələbə tvitləri, təmkinli davranışı, xalqı və ordunu Zəfərə ruhlandırmaq, inandırmaq bacarığı;

* Azərbaycanın düşmənin heç bir təxribatına getməməsi, beynəlxalq hüququn tələblərinə əməl etməsi – bir sözlə, müharibədə qızıl ləyaqət göstərməsi;

* Müharibənin və coğrafi mühitin çətinliklərinə, düşmənin işğal zonasında 30 ilə yaxın möhkəmlənməsinə, hakim yüksəkliklərə nəzarət etməsinə baxmayaraq, məhz düşmənin daha çox itki verməsi, əks-hücum edən tərəf kimi bizimsə daha az itkilər verməyimiz...

Bilirsiz, bu yazdıqlarımız yazmalı olduqlarımızın hamısı deyil; bununla belə, bu qısa qeydlər özü də qazanılmış Zəfərin və Ali Baş Komandanın titanik səylərinin miqyasını təsəvvür etməyə imkan verir. Məhz bu sadaladıqlarımız sayəsində müharibənin ilk günündən etibarən düşmənin “keçilməz müdafiə xətti” – güclü istehkamları darmadağın edilə bildi. Ermənistanın qurduğu güclü istehkamları darmadağın etmək hər dövlətin gücü, hər ordunun qüdrəti daxilində deyildi. Bunu Azərbaycan dövləti, qəhrəman Ordumuz bacardı! “Təmas xətti” yarıldıqdan sonrakı günlərdə Ermənistan üçün ciddi sarsıntı olan Hadrut əməliyyatı və Hadrutun azad edilməsi “Dəmir yumruq” əməliyyatının ən həlledici mərhələsi sayılır. Hadruta qədər ilk rayon mərkəzi - Cəbrayıl şəhərinin, sonrakı günlərdə Füzuli şəhərinin azad edilməsi də düşmən ordusunun çözülməsi, pərən-pərən düşməsi üçün mühüm mərhələlər idi. Ardıcıllıqla Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin çox güclü müdafiə xətlərinin də sıradan çıxarılması, Zəngilana yolun açılması isə qarşı dövrdə Azərbaycan Ordusunun irəliləməsi üçün əlverişli ortam yaratmış oldu. Qubadlının azad olunması və Laçın rayonunun güneyinə çıxış, Laçın dəhlizinə nəzarətin təmin edilməsi “Dəmir yumruğ”un şanlı tarixcəsində özünəməxsus yerə, rola malikdir.

Şuşa əməliyyatı isə müharibənin tacı olub, dünya hərb ədəbiyyatında öz yerini almışdır. Şuşa əməliyyatı əsl hərbi ustalıq, qəhrəmanlıq örnəyi, düşmənin son müqavimətinin sındırılması və onun təslim olması aktı idi!

“Dəmir yumruq” öz yerində (yuxarıda da vurğuladığımız kimi), bir də informasiya cəbhəsi vardı. Azərbaycan informasiya sahəsində də üstünlük qazandı və bu üstünlüyün qazanılmasında şəxsən Prezident İlham Əliyevin özünün çox müstəsna rolu oldu. Prezidentin hələ müharibədən öncəki dövrdə müxtəlif yüksək beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa etməsi, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırması unudulmamalıdır. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla debatlarda Azərbaycanın mövqeyini dəmir məntiqlə çatdırması “Dəmir yumruğ”a gələn yol idi... Prezident Əliyev debatlarda çağdaş diplomatiyanın ən bariz örnəyini təqdim edərkən, erməni baş nazir bunun qarşılığında özünü itirir, olduqca zəif qalır, ciddi siyasi yanlışlıqlara yol verir və siyasi-diplomatik cəhətdən iflas edirdi.

Azərbaycan Prezidenti 44 gün içində müharibəni işıqlandırmaqda maraqlı olan nüfuzlu dünya media orqanları vasitəsilə tarixi həqiqətlərimizi təkzibedilməz sübutlarla, danılmaz faktlar əsasında dünya ictimaiyyətinə çatdırdı. Dünyanın aparıcı media orqanlarına 30-a yaxın müsahibəsində İlham Əliyev əsl diplomatiya, natiqlik, dəmir məntiq nümayiş etdirdi; bu müsahibələr Azərbaycan Prezidentinin dünya mediasına, özəlliklə qərəzli, “prokurorvari suallarla silahlanmış” media orqanlarına “master klass”ı kimi yadda qaldı. Prezident İlham Əliyevin məşhur müsahibələri Ermənistanın onilliklərlə beynəlxalq ictimaiyyəti zəhərləyən təbliğatını darmadağın etdi, müharibənin tarixi, gedişatı haqqında həqiqətləri çatdırdı – kimin işğalçı, kimin isə işğala məruz qalan tərəf olduğunu sübutlarla, faktlarla göstərdi.

İllər öncə Ümummilli lider Heydər Əliyevin xarici səfərlərdə bir ustad müəllim kimi xəritə önünə keçərək, çubuqla “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin coğrafiyasını necə izah etdiyini xatırlayıram. İlham Əliyev informasiya savaşında, təbliğatda, diplomatiyada Heydər Əliyev məktəbinin ənənələrini ən uğurlu şəkildə davam və inkişaf etdirdi.

Erməni təbliğatının Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırması – “ermənilərin Azərbaycanda yaşaya bilməsi mümkün deyil” ideyasının təlqin edilməsi də Prezidentin güclü arqumentləri ilə ifşa olundu. ABŞ-ın, Almaniyanın, Fransanın (ümumən Qərbin) bir çox mediası və təşkilatının erməni lobbisinin təsiri altında olması bəlliydi. Onların Azərbaycana qarşı ədalətsiz və qərəzli kampaniyanın fəal iştirakçılarına çevrilməsi fonunda Prezident Əliyevin müsahibələri qalıcı təsirlər yaratdı.

“Nasionalnaya oborona”ya verilən geniş müsahibənin də həqiqətlərimizin tirajlanmasına, etibarlı mənbə rolu daşıyacağına, öz təsirləri ilə gələcəkdə də seçiləcəyinə şübhə yoxdur.

Dövlətimiz var olsun!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

Tarix
2021.09.27 / 23:09
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Plagiat, pulla yazılan elmi işlər – Alim açıqladı

Şeyx Əbdül Putinə teleqram göndərdi

90 yaşlı aktyor kosmosa uçdu

Tural Gəncəliyev niyə ermənicə öyrədir? - Video

Deyirlər yenidən yoluxsan, öləcəksən - Şeyx Əbdül

“Bakının 30 milyon sərbazı” İranı həyəcanlandırdı

Harri Potterin müəllifi uşaqlar üçün yeni kitab yazdı

Əhməd Cavad güllələnməyib – Nəticəsi faktları açıqladı

Hacı Şahinin İrana "ehtiyatlı" cavabının səbəbi

Kəramət Böyükçöl dispanserdə aclıq edir

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla