Yuxarı

Elşad Miri Şeyxin ordusunu necə susdurdu? - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xeyli müddətdir ilahiyyatçı Elşad Miri Quranın müqəddəs kitab olmadığı barədə cidd-cəhdlə təbliğat aparır. Ötən gün isə hörmətli Miri millət vəkili Fazil Mustafanın yeni nəşr edilən “Səsimizi batıran küy” kitabından sitat paylaşıb.

Fazil Mustafa kitabında yazır: “Quranla bağlı "Müqəddəs kitab" tanıtımı bəlkə də bizim leksikonda başqalarından daha çox yer alır. Biz Qurana da əl basaraq, kimisə sözümüzə inandırmağa çalışırıq. Müqəddəsliyə ruhunu deyil, əlini “soxanlar” cəmiyyətdə həmişə kitabla kibriti yan-yana qoyacaqlar. Quranın müqəddəsliyini də yaşamımızda deyil, üstünə basdığımız çirkli əlimizdə yaşadırıq əsrlərdir. Bizlər “Kitab-i Müqəddəs”i mənimsəməsək də, Kitabın Müqəddəsliyini çoxdan, lap çoxdan yandırmışıq”.

Millət vəkilinin fikri burada bitir, yəni Fazil Mustafa Quranın müqəddəs olub-olmadığı müzakirəsini açmır və doğrusu, bunu sual altına da almır, yalnız bu müqəddəsliyə sosial baxış və yanaşmanı tənqid edir.

Elşad Mirinin öz fikirlərinə tərəfdar kimi Fazil Mustafanın sitatını paylaşması məntiqsizdir. Pis odur ki, E.Miri Fazil Mustafadan iqtibas gətirəndən sonra “P.S.” qoyub: “Bir məqamı unutmayaq ki, üzərinə “Kitab-i Müqəddəs” və ya “Müqəddəs Kitab” yazılan əsərin Quran olmadığını bilin. Çünki dilimizdə də bu adla nəşr olunan kitablar Tövrat və İncilin birlikdə olduğu Bibliyadır...”

Yəni Elşad Miri bu yerdə Fazil Mustafanın fikrini öz məqsədləri üçün istismar edib.

Elşad Miri bu mövzunu niyə açıb və ümumiyyətlə nə istəyir?

Bu suala ilahiyyatçıların, xüsusilə QMİ-nin kurasiyasında olanların münasibətini öyrənməyə çalışdıq. Demək olar ki, heç biri (hər halda bizim müraciət etdiklərimiz) bu mövzuda danışmaq istəmir. Bəhanə kimi də QMİ-nin mövzuya qadağa qoyduğunu dolayısı ilə “izah etməyə” çalışırlar.

Adamda qəribə təsəvvür yaranır: sanki sabah Allahın varlığı barədə müzakirə açılsa, din xadimləri – yəni QMİ-çilər bu müzakirədən də yan gəzəcəklər, Allahın danılmasına da reaksiya verməyəcəklər. Zatən sovet allahsızları zamanı da çoxlarının səsi çıxmırdı.

Olsun – Allah və Quran ilahiyyatçıların “kurasiya”sında deyil ki!

***

Elşad Mirinin bu müzakirə ilə nəyi sübut etmək istədiyi bəlli deyil. Fazil Mustafanın fikirlərinə yazdığı “P.S.”-dən belə görünür ki, adam Tövrat və İncilin birləşdiyi Bibliyanı müqəddəs kitab hesab edir, ancaq Quranı yox.

Məntiqsizdir – hər üçü səmavi kitabdırsa, demək, üçünə də yanaşma eyni olmalıdır. Əgər Bilbliya “müqəddəs kitab” adı ilə dərc edilibsə və buna Quranda işarə varsa, bu, Quranın müqəddəs olmadığı iddiasını irəli sürmək üçün əsas ola bilməz.

İkincisi, əgər biz Quranı “Allahın göndərdiyi kəlam”, “Lövhi Məhfuz”un parçası hesab ediriksə, onun müqəddəs sayılmasına qarşı bir ilahiyyatçının bu qədər açıq mətnlə çıxmasının səbəbi çox maraqlıdır.

Üçüncüsü, Quran – Həzrət Əlinin sözləri ilə desək, “hərfinin üstündəki nöqtəsinə” qədər mükəmməldir. Burda işlənən surə və ayələr deyil, hərflərin sayı belə dəqiqliyi ilə ölçülüb-biçilib: bir kitabda gün – 365 dəfə, ay – 12 dəfə, gecə və gündüz – 30 dəfə işlənirsə; bir kitabda istifadə edilən hər bir hərfin sayı (məsələn, “əlif” – peyğəmbər və nəbilərin sayı qədər, 124 min dəfə) heyrətamiz səviyyədə dəqiqliklə hesablanıbsa, sən onun müqəddəsliyini niyə gündəmə gətirməlisən ki?

“Quranın müqəddəs kitab olması barədə Quranın özündə bir cümlə də yoxdur” fikri özünüaldatma və yaxud kimlərisə aldatma ola bilər. Quranda neçə peyğəmbərin adı çəkilir? 124 mindən cəmi 26 (+2). Bu o deməkdir ki, 123 min 972+2 dəyərsizdir?

Quranda Bibliyanın müqəddəs kitab olmasına işarə edilirsə, sənə daha hansı arqument lazımdır ki, Quranı müqəddəs sayasan? Mütləq “Oxuduğunuz bu Quran kitabı müqəddəsdir haaa, biləsiniz” yazılmalı idi?

O ayrı məsələ ki, türklər Kitaba tamamilə fərqli yanaşırlar, hətta ərəblərdən qat-qat fərqli. Bu məsələ dini deyil, ənənədir, çünki türk düşüncəsində dini ənənə tamamilə fərqli olub.

Vəfat edənlər üçün keçirilən mərasimlərdən tutmuş bir çox rituallara qədər, islam dininə və Qurana heç bir aidiyyəti yoxdur. Bunların hamısı türk dini düşüncə tərzindən gələn ənənələrin islamda oturuşmasıdır. “Türk sufizmi” deyilən anlayış da təsadüfən ortaya çıxmayıb: qam/maq, tanrıçılıq, zərdüştilik və s. düşüncəsinin xalq yaddaşında oturuşmuş və ənənələşmiş qəliblərinin təsiridir hamısı.

Bu, tamamilə fərqli dünyagörüşdür və islamın, əslində, zənginləşməsinə xidmət edib, qətiyyən onun mahiyyətini inkar etməyib.

Müqəddəslərin üzərində türbə tikmək, tapanağa çevirmək... – bunların islama bir dəxli varmı?

Yoxdur – bu ənənə və inanclar bizimdir, türk təfəkkürünün məhsuludur və biz bunu islamda da yaşatmışıqsa, demək, canımızda-qanımızdadır. İslamın inamı ilə “günqaytaran” alimləri belə türk düşüncə tərzinin islama bu cür yanaşmasına mane olmayıblar. Çünki mahiyyət etibarilə bunlar dini ehkamlara kütləvi inamı təşviq edib, Allahın kütlə psixologiyasında daha əlçatan anlaşılmasına yardım edib, həm də pisliklərdən çəkindirib, üz tutulan inanc yerlərini çoxaldıb, hər tərəfi “müqəddəsləşdirib”.

Quranda günə, aya, dəryaya, ormana... – qədər andiçmə var. Bunlar nəyin əlamətidir və hansı məna kəsb edir?

Məxləs, sənin hədəfin nədir, Miri? Ümumiyyətlə, niyə bu, müzakirəyə çevrilməlidir? Başqa işin-gücün yoxdurmu?

Əgər – xoşgörü ilə yanaşsaq - Quranın əl altında oxunmalı kitab olduğunu bildirmək və onu məxməri parçaya büküb, şkafın üst küncündə tozlanmasına qarşı çıxmaq istəyirsənsə, çox gözəl, ancaq bunun üçün başqa üsul seç, Quranın müqəddəsliyinə toxunma.

Yox – xoşgörü ilə yanaşmasaq, onda Bibliyanı müqəddəs sayıb, Quranı müqəddəs saymamaq adamı hansısa qeyri-islami sektanın rüsvayçı niyyətinin ifadəçisinə bənzədir.

Yeri gəlmişkən, Miri adı – peyğəmbər soyundan gəlir. Bu yanlış düşüncələrlə MİRi olmaq mümkün deyil, ən yaxşı halda VladiMİR olmaq olar...

Tarix
2021.10.25 / 17:26
Müəllif
Şeyx Teymur
Oxunub
33 871
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla