Yuxarı

Azər Həsrət Mustafayevin filminə qarşı çağırış etdi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Vahid Mustafayevin ekranlaşdırdığı “20 Yanvar” filminin növbəti dəfə TV-lərdə göstərilməsi yeni etiraz dalğasına səbəb olub.

Kult.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri bir çox faktların, o cümlədən şəhid Larisanın filmdəki obrazının təhrif olunmasından ciddi narazılıq bildiriblər. Şəhid ailələrindən də filmə etirazlar edilib.

Tanınmış jurnalist Azər Həsrət isə filmin ekranlardan yığışdırılması barədə çağırış edib.

“Əkrəm Əylislini “Daş yuxular”ına görə topa tutmuşduq. Mən özüm də o kitabı oxumuşdum, fikirlərimi ən sərt şəkildə yazmışdım. O kitabı Ə.Əylisliyə heç cür və heç vaxt bağışlamaq olmaz! Çünki Azərbaycana böhtan atıb, açıq mətnlə erməni dəyirmanına su tökür o kitab. Nəticə də odur ki, hətta 2020-ci ilin 44 günlük Vətən savaşı günlərində ermənilər həmin kitabı ABŞ-da dərc edib təqdimat keçirdilər, gəlirini də ümumerməni fonduna köçürdülər ki, savaşda bizə qarşı əlavə imkanlar qazansınlar. Yəni Ə.Əylislinin kitabı bu yöndən də kürəyimizə saplanan xəncər oldu.

İndi isə başqa bir məsələ var. Heç də az zərərli sayılmaz. Vahid Mustafayevin 20 Yanvarla bağlı başdan ayağa saxta iddialarla dolu filmi yayınlanıb TV-lərdə. Özəlliklə də 20 Yanvar şəhidlərinin ailə üzvləri çox hiddətlənib. ANS varkən o filmin bəzi hissələrinə baxmışdım. Azərbaycana, bizim milli davamıza böhtan atılır o filmdə. Ermənilərin uydurduğu, rusların tirajladığı yalanlara V.Mustafayev öz filmində həyat verib, onları bir növ “sənədləşdirərək” ermənilərin əlinə işləyib. Belə bir filmi Azərbaycan TV kanalları 20 Yanvar ərəfəsində yayıblar.

İndi bu filmi çəkənlər və yayanlarla Ə.Əylisli arasında bir fərq varmı? Yoxdur!

Ə.Əylisli “Daş yuxular”ı ilə kürəyimizə necə xəncər saplamışdısa, V.Mustafayev də o filmi çəkməklə, TV kanallarımız da onu yaymaqla eyni dərəcədə kürəyimizə xəncər saplayıblar!

Və təəssüf ki, cəmiyyətimiz Ə.Əylisliyə göstərdiyi təpkini bu film məsələsində göstərmir...”

Sonra da deyirik ki, orta məktəbin rus sektoru üçün hazırlanan dərslikdə 20 yanvarla bağlı saxtalaşdırma təsadüf imiş. Heç də təsadüf deyilmiş! 5-ci kolon ən yüksək səviyyədə iş başındadır!

Tarix
2022.01.21 / 14:38
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla