Yuxarı

Azərbaycan İrana birləşsə, görün nə baş verər...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ekspertləri, siyasətçiləri və millət vəkilləri son günlər xüsusilə Prezident İlham Əliyevin 40 milyonluq azərbaycanlının fundamental hüquqlarının pozulması barədə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündəki çıxışından ciddi narahatlıq ifadə edirlər. Əsas “arqument”ləri isə “Gülüstan” müqaviləsidir: bu müqavilə ilə “İranın bir parçası olan” Azərbaycanın “ana vətəndən” qoparıldığını deyib, Azərbaycan Respublikasına iddia irəli sürürlər.

Əlbəttə, tarix saxtalaşdırılır. Əvvəla ona görə ki, Nadir şah Əfşardan sonra İranın da daxil olduğu Əfşarlar dövləti süquta uğramışdı və Azərbaycan torpaqlarında xanlıqlar yaranmışdı. Bu xanlıqlar təkcə Arazdan Şimalda yox, həm də Cənubda formalaşmışdı.

İranın özündə mərkəzləşmiş hakimiyyət yox idi. Qacarlara qədər ümumiyyətlə İranda hərc-mərclik hökm sürürdü.

Ağaməhəmməd şah Qacar ciddi islahatlar və sərt qərarlarla müəyyən irəliləyiş əldə etsə də, onun qətli ilə yenidən ölkə xaosa sürüklənmişdi.

Rusiyanın Cənubi Qafqazı işğalı bu zamana təsadüf edir. Yəni Əfşarlar dövləti süquta uğramış, kiçik, müstəqil dövlətlər yaranmışdı. O ayrı məsələ ki, İranı da, bu kiçik dövlətlərin əksərini də idarə edənlər Qacarlar nəslindən idi.

1806-12 və 1826-28-ci il savaşlarının İran-Rusiya savaşı kimi xarakterizə edilməsi də həddən artıq şişirtmədir. Xüsusilə “Gülüstan” müqaviləsinin imzalanmasına səbəb olan birinci müharibədə İranı idarə edən Fətəli şah kiçik qardaşlarının – xanlıqların kömək xahişinə cavab verə bilmirdi, o qədər xaos vardı ki, rus işğalına müqavimət göstərmək gücündə deyildi.

Həmin zaman yalnız Abbas Mirzənin xüsusi fədakarlığı ilə tez-tələsik qurulan Azərbaycan ordusu (məhz bu cür də adlanırdı) rus ordusu ilə savaşa girmişdi – İrəvan xanının yardım xahişinə cavab olaraq.

Fətəli şah İranın müxtəlif yerlərində olan 11 ordunun heç birini Abbas Mirzəyə yardıma göndərə də bilməmişdi.

Abbas Mirzə təkbaşına, yenicə yaratdığı və pis təchiz edilmiş Azərbaycan ordusu ilə ruslarla savaşırdı və məğlub da oldu, kiçik dövlətlər – xanlıqlar Rusiyanın işğalı altına düşdü.

Yalnız bundan sonra Arazdan cənubda qalan xanlıqlar İranın türk sülaləsinin himayəsini qəbul etdilər - başqa yol da yox idi.

Yəni iranlı siyasətçilər, tarixçilər və millət vəkilləri doğrunu desələr yaxşıdır: İran həmin vaxt türk dövləti idi, buna baxmayaraq, Arazdan şimaldakı torpaqlar işğal edilərkən Azərbaycanda müstəqil xanlıqlar vardı, onlar İran türk dövlətinə daxil deyildilər.

İkincisi, Şimali Azərbaycanın 10 milyondan çox əhalisi Güneyə qatılandan sonra İranda türklərin say baxımından üstünlüyü artıq gözgörəsi olacaq. Hazırda Güneydə 40 milyona yaxın azərbaycanlı yaşayır, 5-8 milyon arasında isə digər türk azlıqlar var. Bu saya 10 milyon da əlavə edin və 90 milyona qalxan əhalinin artıq ən azı 55 milyonunun türk olduğunu nəzərə alın.

Üçüncüsü, İranın “özünə qatmağa iddia etdiyi” 10 milyonun böyük əksəriyyəti onillərdir özgür yaşayan, yüksək təhsilli, dili formalaşmış, dövlət təsəvvürləri olan insandır. Bax, bu insanlar bir əsrdə 4 dəfə azadlıq mübarizəsinə qalxan Təbrizlə birləşərsə, nəticə necə olacaq?

Farslar bunu çox gözəl bilir...

Tarix
2022.11.14 / 14:50
Müəllif
Şeyx Teymur
Oxunub
28 153
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla