Yuxarı

Lalə İranda qurbanların simvoluna çevrildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lalə İranda qurbanların simvoluna çevrildi

Lalə gülü siyasətə ədəbiyyatdan gəlib. Mirvarid Dilbazinin “Lalə yanaqlı” şeirində gülün qanla bir harmoniya təşkil elədiyi, uyğunluğu əsas götürülürdü.

Bu sözləri Kult.az-a Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan güneyli nasir Aqşin Ağkəmərli İranda ümumxalq etirazları qurbanlarının simvoluna çevrilən lalə gülünün mahiyyətindən danışarkən deyib.

O bildirib ki, bir sıra güllərin simvola çevrilməsi mədəniyyətimizə xas xüsusiyyətdir:

“Qərənfil 20 Yanvar şəhidlərini xatırladır, Xarıbülbül isə Qarabağın, Şuşanın rəmzidir. Bunun özü də ədəbiyyatdan, musiqidən gəlir. Elə fars ədəbiyyatında da lalə şəhidlərin simvoludur. Bunun da təməlində panteizm durur. Çoxunun inancına, hətta mənim də inancıma görə təbiətdə hərəkət etməyən əşya da canlıdır və Allahın ruhunu təmsil edən varlıqlardır”.

Filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu da lalənin folklorumuzdakı önəmindən danışıb:

“Klassik ədəbiyyatımızda, incəsənətimizdə güllərə, xüsusilə də laləyə münasibət ciddi və yaradıcıdır. Lalə zəriflik, həsrət obrazıdr. Ümumiyyətlə, gül mövzusu təbiətlə insan arasında mühüm münasibətin ifadəçisidir. Lalə təbiətlə insan vəhdətinin yetkin ifadəsi kimi xarakterizə olunur. Bu gülün rənginin al-qaralığı mahiyyətcə diqqət çəkir. Bu gül haqda olan əfsanələrə əsasən də bitkinin yaradılışının əsasında insan durur. Yaranış isə öz-özünə baş vermir. Bunun üçün kosmik harmoniyanın pozulması və xaosa keçməsi baş verməlidir”.

Qeyd edək ki, İranda son etirazlardan sonra lalə siyasi məna daşımağa başlayıb. Bu gülü yenidən çiçəklənən iranlı xanımların simvolu hesab edirlər. Hətta tanınmış iranlı dizayner Əmir Tağı kolleksiyasında lalə gülünün detallarından istifadə edərək, hər ləçəyə İranda ölən şəhidlərin adını yazmışdı.

Tarix
2023.01.19 / 08:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla