Yuxarı

“Səməd Vurğun dedi ki, hamını biabır etdin...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yazıçı, ictimai xadim, ədəbiyyatşünas Əzizə Cəfərzadənin doğum günüdür.

Axar.az xatırladır ki, Əzizə Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. O, ibtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr texniki məktəbində və ikiillik Müəllimlər İnstitutunda oxuyub.

1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

Əzizə Cəfərzadə Azərbaycanın bir çox tanınmış şairi, yazıçısı ilə eyni cəbhədə ədəbiyyatımıza xidmət edib. Onun yaxın rəfiqəsi, mərhum yazıçı Ələviyyə Babayeva müsahibəsində həmin illəri belə xatırlayırdı:

"Dostlarımdan Səməd Vurğun mənə yaxın idi. Bəxtiyar Vahabzadə ilə yaxın dost idim. Həyat yoldaşım Qrişa onların xətrini daha çox istəyirdi. Dostlarım daha çox idi. Əzizə Cəfərzadə ilə münasibətim yaxşı olub. Yaxşı qadın idi Əzizə. Həm də bədii ədəbiyyatı gözəl bilirdi. Ümumiyyətlə, mənə qarşı münasibət pis deyildi. Yadımdadır, bir dəfə Yazıçılar İttifaqının I qurultayından qabaq hamımız akademiyaya yığışmışdıq. Səməd Vurğun Rəyasət Heyətində əyləşmişdi. Mircəfər Bağırov çıxış etdi. Sonra dedi ki, kim danışmaq istəyir? Mən əlimi qaldırdım. Əzizə Cəfərzadə yanımda oturmuşdu. Qolumdan tutub, aşağı dartdı ki, danışma, indi vəziyyət çətindir:

"Ağzını Allah yoluna qoyub, danışacaqsan. Sonra sənin əleyhinə danışacaqlar. Deyəcəklər, atası da bolşevikdir".

Bu sözdən sonra əlimi aşağı saldım, amma Səməd Vurğun gördü. Dedi ki, söz verilir Ələviyyə Babayevaya. Mən çıxış elədim. Sonra Səməd mənə dedi ki, əla danışdın, hamını biabır elədin. Mən çox davakar, haqqı tələb edən idim. Çox cəsarətliydim. Heç nədən qorxmurdum. Həm də atamın bolşevik olmağı mənə çox kömək edirdi".

Əzizə Cəfərzadə "Yad et məni", "Bakı-1501", "Gülüstandan öncə", "Eşq sultanı" romanlarının, "İşığa doğru", "Xəzərin göz yaşları" povestlərinin müəllifidir. Onun Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. Müxtəlif fəxri fərmanlar, "Xalqlar dostluğu" ordeni ilə təltif edilən yazıçı, müstəqil Azərbaycanın ali mükafatı olan "Şöhrət" ordeninə də layiq görülüb.

Qeyd edək ki, Əzizə xanım Cəfərzadə 4 sentyabr 2003-cü ildə Bakı şəhərində vəfat edib.

Tarix
2015.12.29 / 17:44
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Əminə Ərdoğandan Qarabağ atları ilə bağlı paylaşım - Video

Biz Ermənistanın taleyini Türkiyə ilə müzakirə edə bilərik!

Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov

Bayramov pakistanlı həmkarı ilə telefonda danışdı

Bakı ilə Mexiko arasında mühüm müzakirə

Azərbaycan yeganə müsəlman ölkəsidir ki... – İsrail səfiri

Fidanın Rusiyaya səfəri ilə bağlı detallar açıqlandı

Ərəbistanda 73 illik qadağa götürülür: spirtli içki satılacaq

Şeyxin bu qərarı Ermənistanda qorxu yaratdı – “hücum” başladı

Kütləvi hücumlar Moskvanı iflic edir: Nə gözlənilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla