Axar.az Sim-sim.az"
style=
"line-height: 1.6em;">Sim-sim.az-a istinadənSamirə Əşrəfin tərcüməsində Xulio
Kortasarla müsahibəni təqdim edir.
- Son illər zamanınızın çoxunu Latın Amerikasındakı
azadlıq mübarizələrinə dəstək verməkə keçirirsiniz. Bu vəziyyət
həqiqətlə fantastik dünyanı bir-birinə daha çox yaxınlaşdırmağınıza
köməkçi olub sizi ciddi insan kimi formlaşdırdımı?
– Mən "ciddiyyət" fikrini çox sevmirəm. Çünki ciddi bir insan
deyiləm. Ən azından ciddi adam, ya da ciddi qadın dediyimizdə
fərqinə vardığımız mənada ciddi biri deyiləm. Amma son bir neçə
ildə Argentina, Şili, Uruqvay, Nikaqura kimi Latın Amerika
rejimləri söhbətində göstərdiyim cəhdlərə özümü elə aludə etdim ki,
məncə bir neçə hekayəmdə bu mövzulara toxunarkən fantastik nəqli
həqiqətə çox yaxın formada istifadə etdim. Bu səbəbdən də özümü
əvvəlki kimi azad hiss etmirəm. Dediyim odur ki, otuz il əvvəl
ağlıma nə gəlsə yazar, yazdıqlarımı da sadəcə estetik ölçülərə görə
dəyərləndirirdim. İndi hər şeydən əvvəl bir yazıçı olduğum üçün
yenə də estetik ölçülərə görə dəyərləndirməyə davam edirəm. Amma
artıq mən əzab çəkən, başı Latın Amerikasındakı vəziyyətlə son
dərəcə məşğul olan bir yazıçıyam.Beləliklə bu narahatlıq
bilərəkdən, ya da bilməyərəkdən yazılarıma da sızır.
Əslinə qalanda idealist və siyasi problemlərə açıq şəkildə
atmacaların olmasına rəğmən hekayələrim mahiyyət etibarı ilə həmişə
eyni formada qaldı.Hekayələrim yenə də fantastik helayələrdi.Tərəf
tutan, bu günkü deyimlə burnunu siyasətə soxan bir yazıçı üçün əsl
narahatlıq yazıçılığa davam edə bilməkdir.Əgər yazıçının yazdıqları
siyasi məna daşıyan bəsit bir ədəbiyyata çevrilərsə, bu fövqəladə
bir vəziyyət olar.Bu günə qədər bir çox yazıçının başına gələn də
budur.Yəni əsas məsələ tarazlığı yarada bilməkdədir.
Söhbət mənimlə bağlı olanda isə bunu deyə bilərəm ki, mənim edə
biləcəklərim hər zaman ədəbiyyat naminə olmalı və əlimdən gələnin
ən yaxşısını etməliyəm.Eyni zamanda da bu yazıları gündəlik
həqiqətlərlə hamarlamaq lazımdır.Bax, bu tarazlığı yaratmaq çox
çətindir.
"Zamansız" kitabımda siçanlarla əlaqəli olan bölüm əslində
Argentina qorillalarına qarşı aparılan mübarizədən bəhs
edir."Sataras" adlı hekayəni yazarkən isə əsil məqsədim sadəcə
siyasətin səviyyəsinə bağlı qalmaq idi.
- Bü cür hekayələrinizlə bağlı nə kimi reaksiyalar
aldınız? Ədəbi çevrədən aldğınız reaksiyalarla, siyasi çevrədən
aldıqlarınız arasında fərq çox idi?
– Əlbəttə vardı.Latın Amerikasında siyasətlə heç maraqlanmayan
burjuy oxuyucular, ya da sağçıların tərəfində olan oxuyucular mənim
zehnimi qurtdalayn promlemlərə, yəni mətnin oxucuya sentimental
təyziq göstərəcəyi kimi məslələrə heç fikir vermirdilər.Bu insanlar
yazılarımın siyasi məna daşımasına heyfslənsələr də onlar mənimlə
eyni duyğuları, eyni mübarizə ehtiyacını paylaşan gənclər,
ədəbiyyat aşiqi olan oxucular bu yazılarımı da sevirlər.Kubalılar
"Meeting"i bəyənir."Solentiname’da Kıyamet"i de Nikaquralılar
təkrar-təkrar böyük zövqlə oxuyurlar.
- Siyasətlə bu qədər maraqlanmağınıza yol açan səbəb
nədir?
– Latın Amerikasındakı ordu mənim işimə daha sıx bağlanmağımın
əsl səbəbidir. Onlar geri çəkilsəydilər, bir dəyişiklik olsaydı o
zaman bir az dayanıb dincələr, ancaq yazı xarakterli şeirlər,
hekayələr yazardım. Amma bu vəziyyətdə mənə işləmək üçün material
verən bu ordudu.
- Fantastik dünyaya olan marağınız nə zaman başladı?
Deyəsən çox gənc illərinizə təsadüf edir?
– Uşaqlığımdan başladı. Sinif yoldaşlarımın çoxunda fantastik
duyğu yox idi. Hər şeyi olduğu kimi qəbul edirdilər… Misal üçün bu
bir bitkidi, bu isə kreslo… Amma mənim üçün nəsnələrin o cür
təqdimi yetərli deyildi.Mənim anam xəyal dünyası qüvvətli olan bir
qadındı. O, hər zaman məni bu cür mövzulara təşviq etdi. "Xeyr,
belə olmaz, ciddi olmalısan" demək əvəzinə xəyalpərəst olduğum üçün
məmnun idi.Fantastik dünyaya istiqamətləndiyim zaman mənə çoxlu
kitablar verərək kömək oldu.Edqar Allan Ponu ilk dəfə oxuduğum
zaman doqquz yaşındaydım.Kitabı gizlin götürüb oxudum.Çünki anam o
kitabı oxumağımı istəmir, bunun üçün hələ çox kiçik olduğumu
fikirləşirdi.Əslində haqlı idi.Kitab məni həqiqətən də
qorxutmuşdu.Üç ay ərzində xəstə kimi gəzib dolaşmışdım.Çünki orada
yazılanların həqiqət olduğuna ürəkdən inanmışdım.Bu barədə xırdaca
bir şübhə də duymamışdım.Həyatda hər şey onsuz da elədi. O cür
kitabları dostlarıma məsləhət görəndə onlar deyirdilər: Yox, biz
kovboylardan bəhs edən hekayələr oxumaq istəyirik. O zamanlar
kovboylar çox sevilirdilər. Buna bir məna verə bilmirdim.Mən
fantastik dünyaya üstünlük verirdim.
- Sonralar Ponun bütün əsərlərini tərcümə edərkən, daha
diqqətli oxuduğunuz zaman yeni şeylər kəşf etdiniz?
– Əlbəttə çox şeylər kəşf etdim.Ən əsası isə Ponun dilini kəşf
etdim. İngilislər və amerikalıların hədsiz bəzəkli hesab edərək
tənqid etdikləri dilini… Mən ingilis və ya amerikalı olmadığım üçün
onun yazdıqlarına fərqli baxışla yanaşdım. Bəli, çox köhnəlmiş,
şişirdilmiş tərəfləri ola bilər. Amma onun dühasının yanında
bunlardan söz etməyə dəyməz. "Aşerin evinin çöküşü", "Ligeya",
"Berenika", "Qara pişik" kimi hekayələri yazmağı fövqəladə,
fantastik elementlər məsələsində tam bir dahi olduğunu
göstərir.
- Yazınızda fantastik elementlərlə bərabər
xarakterlərinizə qarşı səmimiyyət və sevgi hiss
edilir…
– Uşaq və yeniyetmə xarakterlərimə qarşı həqiqi mehribanlıq
bəsləyirəm. Romanlarımda, hekayələrimdə canlı olduqlarına inandığım
üçün onlara böyük bir sevgiylə yanaşıram.Əgər hekayəmdəki bir
yeniyetmədirsə, yazarkən mən də yeniyetmə oluram. Belə surətləri
yaradarkən vəziyyət bir az fərqli olur…
- Yazılarınızın avtobioqrafiq olmamasının səbəbi
budur?
– Avtobioqrafiyanı sevmirəm. Nə zamansa xatirələrimi yazmağı da
düşünmürəm.Başqalarının avtobioqrafiyası diqqətimi cəlb edir.Amma
özümünkü deyil.Özüm haqqında yazmalı olsam, gərək hər zaman həqiqi
və dürüst olum.Xəyalımın məhsulu olan avtobioqrafiya yaza
bilmərəm.Belə olsa, hansısa bir tarixçidən fərqlənmərəm. Öz
tarixini yazan bir tarixçi… Doğrusu bu da məni bezdirər.Çünki mən
yaratmağı, xəyal etməyi sevirəm.Əlbəttə, başımda bir roman, bir
hekayə fikri doğulduğu zaman öz həyatımdan bəzi vəziyyətlər, anlar
çox təbii bir şəkildə tez-tez gəlib həmin məzmuna
yerləşir."Deshoras" adlı hekayəmdə dostunun bacısına aşiq olan
cavan oğlan fikri əslində avtobiyoqrafiqdi.Yəni hekayənin kiçik bir
parçası mənə aiddir.Amma o nöqtədən sonra baş verənlər fanstastika,
ya da xəyali elementlərdir.
- Hekayələrinizi yazmağa hardan və nə ilə başlayırsınız?
Müəyyən bir giriş, bir fikir olur?
– Romanlarımı, hekayələrimi hər hansı bir yerdən başlaya
bilərəm. Yazma prosesinə gəlincə, yazmağa başlamazdan xeyli əvvəl,
bəzən iki üç həftə qabaq hekayə zehnimdə yaranmış olur.
Tam aydın olmasa da, hekayə haqqında ümumi fikir zehinimdə
canlanır. Misal üçün hardasa bir ev. Evin bir küncündə dibçəkdə
qırmızı çiçəkləri olan gül və həmin evdə gəzişən bir adam… Hekayə
haqqında fikrimdə canlanan yeganə görüntü bu olur.Yəni fikirlər bu
cür formada yaranır.Daha sonra yuxular başlanır.Bu cür fikirlər
meydana gələn zaman yuxularım yazacağı hekayədə nələrin olacağına
dair eyhamlarla dolu olur.Hətta bəzən bütün hekayəni yuxuda
görürəm.İlk hekayələrimdən birində əslində gördüyüm bir
kabusdur.Dərhal oyanıb o kabusu yazmışdım.Amma yuxularımda
gördüklərimin əksəriyyəti xırda-para ipuclarıdır.Yəni hekayə
şüuraltımda işlənməkdədir.Mən yuxu görərkən, həmin əhvalatlar
zehnimə yazılır.Hekayə yazmağa əhvalatın istənilən yerindən başlaya
bilərəm deməyimin səbəbi də o anda hələ hekayənin əvvəlini və ya
sonunu yəqinləşdirməmiş olmağımdan irəli gəlir.Yazmağa başladığım
zaman həmin ilk sətirlər hekayənin başlanğıcı olur.Lakin bu
başlanğıc əvvəlcədən müəyyən olunmur.Yazı prosesi zamanı bilinir və
davam edir.Hekayənin sonu haqqında da çox vaxt aydın fikrim
olmur.Gedişat zamanı nələrin baş verəcəyini belə bilməyə
bilərəm.Hadisələr hekayə yazıldıqca yavaş-yavaş aydınlaşır.Sonra
birdən-birə hekayənin sonunu görürəm.
- Yəni hekayəni yazı prosesi zamanı kəşf
edirsiniz?
– Bəli. Bu cazdakı spontama bənzəyir.Bir cazmendən "nə
çalacaqsınız?" deyə soruşa bilməzsiniz, yoxsa sizə gülər.Onun bağlı
qalmaq məcburiyyətində olduğu müəyyən bir mövzusu, silsilə akordu
var. Ardınca da saksafonunu götürüb çalmağa başlayar.Bu hazırlıqlı
vəziyyət deyil. O, daxilindən gələn müxtəlif titrəmələrə
uyğunlaşaraq çalar. Bəzən ortalığa çox yaxşı bir şey çıxar.Bəzən də
heç bir parlaqlıq olmaz.Eyni məsələ mənə də aiddi.Hekayələrimin
sonuna imzamı atmağa çəkindiyim məqamlar da olur.Amma romanlarım
haqda bunu deyə bilmərəm.Çünki onların üzərində çox işləyirəm.Bütün
quruluşu qururam.Hekayələrimi isə mənə sanki daxildən kimsə
söyləyib yazdırtdırır.Və onlara cavabdeh mən deyiləm.Ancaq belə
olsa da, yazdığım hekayələrin hamısı mənə aiddir.Onları qəbul
etməyə məcburam.
- Hekayə yazmağın sizi hər zaman narahat edən məlum
tərəfləri var?
– Ümumilikdə yoxdur. Dediyim kimi əhvalat onsuz da daxilimdə
yazılmış, bütün ölçüləri, quruluşuyla meydana çıxmışdır.Hekayənin
çox qısa və ya uzun olacağı da sanki əvvəlcədən
müəyyənləşdirilib.Səhifənin qarşısında əyləşdiyim zaman daha çox
düşünürəm.Yavaş-yavaş daha ehtiyatlı şəkildə, qısa və konkret
yazıram.Bir çox tənqidçilər buna görə mənə qarşı sitəmkar
davranaraq, hekayələrimdəki elastikliyi getdikcə itirdiyimi
deyirlər.Demək istədiklərimi daha ölçülü formada yazıram.Bu yaxşı,
ya pisdir deyə bilmərəm.Hər vəziyyətdə bu mənim yazı üsulumdu.
- Romanlarınızı yazarkən əsərin quruluşunu tam şəkildə
qurduğunuzdan danışdınız. Belə olan halda bu roman yazarkən tam
fərqli bir işi icra etdiyiniz mənasına gəlir?
– "Xana-xana" romanı üçün yazdığım ilk hissəni sonradan kitabın
ortalarına daxil etməli oldum.Bu qəhrəmanların bir mənzilin
eyvanından o birinə keçə bilmək üçün pəncərələr arasına taxta dirək
yerləşdirdikləri hissə idi. Həmin hissəni nə üçün yazdığımı
bilmədən yazmışdım. Obrazları və Buenos Ayresdə təsvir etdiyim
əhvalatı özüm görmüşdüm.Çox isti bir gün olduğunu xatırlayıram.
Qarşımda yazı makinası pəncərənin yanında oturumuşdum. Bir kişinin
öz arvadını taxtanın üstü ilə digər eyvana keçməyə məcbur etdiyini
gördüm. Deyəsən ona mismar lazım idi. Özü getmir arvadını
göndərirdi.Gördüyüm mənzərəni uzun-uzadı yazdım.Bir də baxdım ki,
yazdıqlarım qırx səhifəni ötüb. Bitirəndən sonra öz-özümdən
soruşdum: "Çox gözəl, lap yaxşı. İndi mən nə yazmışam?Axı bu
hekayədə deyil.Elə isə nədir?"Sonra fərqinə vardım ki roman yazmağa
başlamışam.Amma o nöqtədən davam edə bilməzdim.Yazdıqlarımı orada
saxlayıb geriyə dönməli, hadisədən əvvəl Parisdə keçən bütün
hissələri, Olivyeranın keçmişini yazmağım lazım idi.Daha sonra
romanın ilk hissələrini yazıb taxta üzərində getmək hissəsinə gəlib
çatanda qaldığım yerdən davam etdim.
- Latın Amerikasının problemləri ilə bu qədər
maraqlanmağınıza səbəb Kuba çevrilişinin olmasını tez-tez qeyd
edirsiniz.
– Bəli, indi də eyni fikri deyə bilərəm.
- Yazı yazarkən xüsusilə seçdiyiniz yerlər, məkanlar
var?
– Əslində yoxdu.Təzə-təzə yazmağa başlayanda, gənclik illərində
ətraf mühitin şərtlərindən o qədər də təsirləməzdim.Misal üçün
"Xana-xana" romanının bir hissəsini Parisdəki kafelərin birində
yazdım.Səs-küydən heç narahat olmurdum.Əksinə çox xoşuma
gəlirdi.Orada çoxlu yazırdım, mütaliə edirdim.Yaşım artdıqca başı
daha qarışıq bir adama çevrildim.Tamamilə səssiz mühit tapdığım
zaman yaza bildirdim.Əgər yazı yazdığım məkanda musiqi səsi varsa,
yazmağım mümkün deyil.Musiqi səsindən mütləq uzaq olmalıyam. Musiqi
başqa şey, yazmaq başqa… Müəyyən bir sakinlik mütləq gərək
olur.Amma bununla yanaşı yazılarımı oteldə, aeroportda, dostumun
evində və ya öz evimdə yaza bilərəm.
- Bir az da Parisdən danışaq. Otuz il əvvəl yığışıb
Parisə köçmək cəsarətini sizə verən nə idi?
– Cəsarətmi? Bunu etmək çox cəsarət istəmirdi. Lazım olan belə
bir həqiqəti qəbul etmək idi: o zamanlar Parisə gəlmək, Argentina
ilə bütün əlaqələrimi kəsmək, çox yoxsul bir həyat sürmək, dolana
bilmək üçün bir çox problemlə boğuşmaq mənasını verirdi. Amma bu
məni narahat etmədi.Necə olur olsun bacara biləcəyəmə
inandım.Parisə gəlməyimin ən əsas səbəbi, Parisin, fransız
mədəniyyətinin mənə həqiqətən cazibədar görünməsi idi.Argentinada
Fransa ədəbiyyatından olan əsərləri oxumuşdum.Bu səbəbdən burada
olub kitablarda, romanlarda haqqında bəhs olunan prospektləri,
yerləri görüb tanımaq istədim.Balzakın təsvir etdiyi küçələrdə
getmək nostalji səfər idi.Romantik adamıydım.Yəni indi də
eləyəm.Əslində yazarkən xeyli diqqətli olmalıyam. Çünki tez-tez
dağınıq oluram… Buna zövqsüzlük yox, bir az şişirdilmiş romantiklik
deyək. Şəxsi həyatımda özümü və hisslərimi idarə etmək
məcburiyyətində deyiləm. Çünki həqiqətən də çox romantikəm…
Mehriban bir insanam.Daxilimdə insanlara bəxş edə biləcəyim böyük
bir şəfqət var. Nikaraquraya təqdim etdiyim də şəfqətimdi. Təbii
ki, Sandinitstaların etdikləri hərəkətlərdə haqlı olduqları,
təqdirə dəyər bir mübarizə icra etdikləri istiqamətindəki siyasi
qənaətimin də təsiri var. Amma hiss etdiklərim təkcə siyasi impuls
deyil, müdhiş həssaslıqdır. Çünki mən oradakı xalqı sevirəm.Onları
kubalıları, argentinalıları sevdiyim kimi sevirəm.Və bütün bunlar
mənim şəxsiyyətimin parçasıdı.Hələ gənclik illərində yazarkən
həmişə özümə hakim olmalı oldum. O zamanlar kədərli şeylər yazdım.
Tam mənasıyla romantizm idi. Anam onları oxuyub ağlayardı…
- Məşhur əsərlərinizin demək olar xeyli hissəsini Parisə
gələndən sonra yazmısınız. Ancaq bildiyim qədəri ilə Parisə
gəlməzdən çox-çox əvvəl yazmağa başlamısınız. Hətta bəzi
hekayələriniz çox kiçik olduğunuz zaman nəşr
olunmuşdu…
– Yazmağa doqquz yaşımda başladım. Yeniyetməlik və gənclik
illərimdə də davam etdim. O zamanlar da hekayələr və romanlar
yazırdım. Bu da doğru yolda olduğumu göstəricisiydi.Amma nəşr
olunmağı istəmirdim.Özümə qarşı sərt idim və indi də eləyəm.Yadıma
gəlir dostlarım bir neçə şeir və ya qısa roman yazandan sonra tələm
tələsik nəşriyyat axtarışına başlayırdılar. Mən isə öz-özümə
deyirdim: "Yox. Sən nəşr olunmayacaqsan Xulio.Bu məsələdə razılığa
gələk" Yazdıqlarımdan bəzilərini saxladım, o birilərini isə
atdım.İlk hekayələr kitabım 1951-ci ildə çap olunanda yaşım otuzu
keçmişdi. O zamanlar hələ Fransaya gəlməmişdim. Kitabın nəşrindən
bir ay sonra gəmiyə minib Fransaya gəldim. O kitabdan əvvəl imkanlı
dostumun köməyi ilə bir kitabım da çıxmışdı. Bir də lap çoxdan özüm
başqa bir imzayla kiçkik bir kitabça nəşr etdirmişdim.Ancaq həmin
nəşrləri gənclik xətası hesab edirəm.
- Buenos Ayres adlı tanqo musiqi albomunun şeirlərini
siz yazmısınız.Tanqo üçün şeirlər yazmaya necə
başladınız?
– Mən bütünlüklə argentinalıyam. Tango bizim milli musiqimizdi.
Mən də hələ uşaqlıqdan tanqo havası içərisində böyüdüm. O zamanlar
tanqonu radioda dinləyərdik. Radio biz tərəflərə təzə-təzə
gəlmişdi.Anamla bibim pianoda tanqo çalıb oxuyardılar.Carlos
Gardeli və zamanın digər vacib müğənnilərini də radiodan
dinləyirdik. Beləliklə tanqo şüurumun bir parçasına çevrildi.
Musiqi məni gənclik illərimə, Buynes Ayresə götürür.Həm də buna
görə tanqo məni ovsunlayır.Lakin buna baxmayaraq tanqoya qarşı
həmişə tənqidi münasibət bəsləmişəm. Çünki mən bu musiqi növünü
dünyanın ən möhtəşəm möcüzəsi hesab edən argentinalılardan deyiləm.
Xüsusilə cazla müqayisə edildiyində, tanqo çox zəif bir
musiqidir.Orkide çiçəyi ilə müqayisə olunmayacaq qədər sadə və
özünə məxsus gözəlliyə malik güllər kimi tanqoda sadə və
gözəldi.
- Yazma vərdişləriniz nələrdir? Bunlarda dəyişən müəyyən
şeylər oldumu?
– Heç dəyişməyən və əsla dəyişməyəcək olan tək şey qarışıqlıq
ilə nizamsızlıqdı. Yazı prosesində heç bir üsuldan istifadə
etmirəm.Bir hekayə yazmaq istəyirəmsə, hər şeyi bir kənara qoyub
həmin hekayəni qələmə alıram.Bəzən bir hekayəni bitirəndən sonra
bir, iki ayın içərisində iki, üç hekayə də yazıram.Hekayələr çox
vaxt silsilə şəklində zehnimdə yaranırlar.Bir əhvalatı yazıb
bitirəndən sonra hisslərim açıq qalır.Daha sonra bəlkə daha bir
hekayə "yaxalaya bilərəm" deyə fikirləşməyə başlayıram. Necə bir
bənzətmə etdiyimə diqqət yetirin… Amma bu həqiqətən də sizə dediyim
kimidir.Hekayənin süjeti qəfildən ağlıma gəlir.Bəzən həmin an
oturub yazaram.Bəzən də həmin süjet bir ildən sonra vərəqə
tökülər.
Son bir neçə ili isə vaxtımın böyük hissəsini yazı makinasının
arxasında siyasi məqalələr yazaraq keçirirəm. Nikaraqura, Argentina
haqqında yazdığım mətnlərin ədəbiyyatla heç bir əlaqəsi yoxdu.Onlar
militan yazılardı.
- Kitablarınızdakı avtbiyografiq yazılarda həvəskar
truba ifaçısı olduğunuzu ifadə olunur. İndiyənə qədər hər hansı bir
musiqi qrupunda ifa etdinizmi?
– Xeyr. Əslində truba məsələsi gənc yaşda ölən çox yaxın dostum
Pol Blackburnun uydurduğu əfsanə idi.Evdə öz-özümə bir azca truba
çaldığımı bildiyi üçün "birlikdə işləyə biləcəyin musiqiçilər
tapmalısan" deyərdir.Mən də "amerikalıların da dediyi kimi, bu
mənim həddim deyil" deyə cavab verərdim.Qabiliyyətim yox idi.Yalnız
özüm üçün ifa edirdim.Asanlıqla öyrənilən bir melodiyanı, xüsusilə
də müəyyən bir mövzusu olan caz ifaçıları Jelly Roll Mortonun,
Armstronqun, ya da Ellingtonun musiqilərini dinləyərək trubamla
onları müşayət edərdim.Amma bu onlarla birlikdə ifa etməyim
mənasını vermir.Caz musiqiçilərinə yaxınlaşmağa əsla cəsarət edə
bilmədim.Trubam da otaqların birində itə-bata düşdü.Blackburn mənim
trompetlə olan fotomu kitabına yerləşdirdi.İnsanlar da məni musiqi
aləti ilə olan fotoma əsaslanaraq çox yaxşı ifaçı olduğuma
inandılar.Necə ki, yaxşı olmayan əsərlərimi nəşr etdirmirəm.Trompet
ifa etmək məsələsində də vəziyyət eynidi.
- "Manuelin kitabı" adlı əsərinizdən sonra hər hansı bir
roman üzərində işləyirsinizmi?
– Xeyr. Səbəbi də çox sadədi.Siyasi mövzularla əlaqədar işlərim
yeni əsərlər yazmağıma imkan vermədi. Mənim fikrimcə roman yazmaq,
gördüyün işi yarımçıq saxlamadan sakitcə işləyə bilmək üçün ən azı
bir il vaxt lazımdır. Mən isə hələlik bunu edə bilmirəm.Əgər ömür
vəfa etsə, ehtiyacım olan kimsəsiz bir adada, bir otaq mənə qismət
olsa, o zaman xeyli vaxtdan bəri düşündüyüm romanı yazacam.Bu roman
başdan ayağa ədəbiyyat qoxuyan bir roman olacaq.
- Yazmaq həqiqi həyatla ədəbiyyatı tarazlaşdırmağı tələb
etdiyi üçün çox çətin olmalıdır.
– Həm elədir. Həm də deyil.Bu sizin istəklərinizin, sizin üçün
nəyin vacib olmasına bağlı məsələdir."Ah romanımı yazmaq istəyirəm,
amma evimi satmaq məcburiyyətindəyəm.Bir yandan da vergi xərclərim
var. Nə edə bilərəm?" və yaxud da "Bütün günü ofisdə
işləyirəm.Məndən kitab yazmağı necə gözləyərsiniz?" kimi bəhanələr
çox eşidirəm.Mən isə səhərdən axşama qədər UNESCO-da işlədikdən
sonra evə gəlib "Xana-xana" romanını yazdım. İnsan yazmaq istəyərsə
yazar, Yazmağa məhkumdursa yazar…
- Ədəbi tərcümələr edirsinizmi?
– Xeyr, artıq o peşə ilə məşğul olmuram. Çox sadə bir həyat
sürürəm.Val, kitab, tütün kimi sevdiyim şeyləri almaq üçün çoxlu
pula ehtiyacım yoxdu.Əsərlərimin satışından gələn gəlirlə rahatca
dolana bilirəm.Kitablarımı o qədər çox dilə tərcümə etdilər ki, bu
yolla qazandığım pul mənə çatır. Təbii bir az diqqətli xərcləmək
lazımdır.
- Məşhurluq, müvəffəqiyyət çox xoşunuza
gəlirmi?
– Dinlə, heç kimin bu sözlərimə inanmayacağını bildiyim üçün
bunu dönə-dönə qeyd etməyi lazım bilirəm. Müvəffəqiyyət mənin üçün
heç də xoşagələn hal deyil.Yazdıqlarımla dolana bildiyim üçün
xoşbəxtəm.Buna görə də müvəffəqiyyətin məşhur və tənqidi
tərəflərinə dözmək məcburiyyətindəyəm. Amma tanınmamış bir adam
olanda daha xoşbəxt idim. Hətta çox, çox xoşbəxt… İndi isə
addımbaşı məni tanıyan, imza istəyən, mənə sarılan insanlara rast
gəlmədən Latın Amerikasına, İspaniyaya getməyim mümkün
deyil.Əslində bu çox təsir edici haldı.Çünki oxucularımın çoxu gənc
yaşlarında olan insanlardı.Məşğul olduğum işi sevmələrindən
məmnunam.Amma şəxsi həyat baxımından bu qədər maraq, diqqət son
dərəcə boğucudur.Avropada hər hansı bir çimərliyə gedə bilmirəm.Beş
dəqiqədən bir fotoqrafla rastlaşıram.Nəzərəçarpan bədən qurluşum
olduğundan tanınmamaq üçün görünüşümü dəyişdirməyim mümkün deyil.
Əgər cılız bir adam olsaydım üzümü təraş edib günəş eynəyi taxaraq
dəyişərdim. Amma boy-boxunum və uzun qollarımla çox uzaqdan belə
tanınıram. Digər tərəfdən baxsaq, bunun çox gözəl tərəfləri var.
Bir ay əvvəl Barselonadaydım, bir axşam Gothic Quarterdə gəzərkən
gitara çalıb, mahnı oxuyan amerikalı bir qız gördüm. Çox gözəl qız
idi.Yerdə oturub mahnı oxuyaraq dolanışığı üçün pul qazanırdı.
Təmiz və aydın səsi bir az Joan Baezə bənzəyirdi. Bir qrup
barselonalı gənc onu dinləyirdi.Mən də onu dinləmək üçün özümü
kölgəyə verib dayandım. Bir az sonra iyirmi yaşında bir gənc əlində
keks mənə yaxınlaşıb dedi: Bir dilim keks götür Xulio. Mən onun
sözünü yerə salmadım.Keksi yedikdən sonra təşəkkür etdim. O isə
mənə dedi: Sizin mənə verdiklərinizin əvəzində bir dilim keksin
söhbəti belə olmaz". Belə demə dedim. Və biz bir-birimizə sarılıb
qucaqlaşdıq.
Belə anları yaşamaq yazıçı olmağın ən yaxşı tərəfləridi.Bir gənc
oğlanın, qızın yanınıza gəlib sizinlə danışması, sizi keksə qonaq
etməsi möhtəşəm hissidr.Bunları yaşamaq üçün yazmaq kimi zəhmətli
bir işlə məşğul olmağa dəyər.