Elm adamları Ayın nəhəng toqquşmadan meydana gəldiyini
düşünürlər. 4.6 milyard il əvvəl öncə Günəş və Günəş sistemindəki
planetlər əmələ gələrkən Ayın da yarandığını zənn
edirlər.
Axar.az Ay ilə bağlı maraqlı və sirli məqamları təqdim edir:
Nəhəng toqquşma
Toqquşmanın təsiri ilə buxarlaşmış qayalardan meydana gələn
buludlar Yerin ətrafını əhatələyib. Buludlar vaxt keçdikcə soyuyub
və sıxılaraq parçalar əmələ gətirib. Bu parçalar zaman keçdikcə
birləşərək Ayı əmələ gətirib.
Ay günün fərqli saatlarında da olsa, hər gün şərqdən doğur,
qərbdə batır. Ayın bu xüsusiyyəti eynən Günəş və digər planetlərdə
olduğu kimi tək bir səbəbə əsaslanır. Öz oxu ətrafında fırlanan Yer
hərəkəti əsnasında kosmosdakı obyektləri özünə cəzb edir, sonra isə
itələyir. Ay Yerin ətrafında dövrünü 29.5 günə tamamlayır və göy
üzündə şərqə doğru mərhələli hərəkət edir.
Ay bəzən gecələr göy üzündə göründüyü kimi, gündüz də
görünür.
"Qaranlıq üz" yoxdur
Eşitdiklərinizin əksinə olaraq Ayın qaranlıq üzü yoxdur. Yerdən
görə bilmədiyimiz uzaq üzü var. Yerin cazibə qüvvəsinin təsiri Ayın
oxu ətrafında hərəkətini yavaşıdıb. Ay Yerin və özünün oxu
ətrafında dönüşünü eyni zamanda tamamlayır və Yerdən baxıldığı
zaman tək üzünü bizə göstərir.
Yerin cazibə qüvvəsi çox azdır
Yerin təqiribən 27-də 1-i böyüklüyündə olan Ay planetimizlə
müqayisədə çox kiçikdir. Buna görə də Ayın üzərindəki cazibə
qüvvəsi Yerdəki cazibə qüvvəsinin 6-da biri qədərdir. Əgər Ayın
üstündə bir daş atsanız, onun səthə düşməsi daha çox vaxt alacaq.
Bundan əlavə, Yerdə 68 kiloqram olan adam Ayın səthində 12 kiloqram
olur.
Böyük və kiçik bütöv aylar
Ayın Yer ətrafındakı orbiti dairə yox, ellips şəklindədir. Bu
vəziyyət Yerin mərkəzi ilə Ayın mərkəzi arasındakı uzaqlığın
orbitin fərqli nöqtələrində dəyişməsinə səbəb olur. Ayın orbitinin
yer üzünə ən yaxın olduğu nöqtə 363 min, ən uzaq olduğu nöqtə isə
405500 kilometrdir. Bütöv Ay ən uzaq nöqtəsində göründüyü zaman
daha böyük və daha parlaq olur.
"Çopur" faylı
Ayın səthindəki kraterlər bu kiçik göy cisminin partlayışlarla
zəngin keçmişini əks etdirir. Ayda təqribən atmosferin olmaması,
bir sıra geoloji fəaliyyətlərin çox nadir görülməsi, kraterlərin
yeni yaranmış kimi nəzərə çarpmasını təmin edib. Tədqiqatçılar
kraterlərin yaranmasına səbəb olan toqqquşmanın milyardlarla illik
bir keçmişi olduğunu düşünür. Yerdəki atmosfer və iqlim dəyişikliyi
üzündən keçmişdə baş verən toqquşmaların izi səthdən silinib. Elm
adamları Yerin və peykinin 4 milyard il əvvəl ağır meteroid
bombardmanına məruz qaldığını bildirir.
Yuvarlaq deyil
Ayın forması yuvarlaq və ya kürə şəkilli deyil. Ay yumurtaya
bənzəyir. Əgər diqqətlə baxsanız, peykin sivri ucunun sizə tərəf
olduğunu görə bilərsiniz.
Ay zəlzələləri
Apollo astronavtları sisimometr istifadə edərək nəhəng boz
kürənin tamamən ölü olmadığını ortaya çıxarıb. Ayda geoloji
fəaliyyətlər davam etdiyi müəyyən edilib. Ayın bir neçə kilometr
dərinliyində baş verən zəlzələlərin Yerin cazibə qüvvəsindən
qaynaqlandığı zənn edilir. Zəlzələlər planetin səthində müxtəlif
qazlar və çatlaqlar meydana gətirir.
Ay uzaqlaşır
Ay yavaş-yavaş Yer kürəsindən uzaqlaşır. Hər il Ay Yerin
orbitindəki enerjidən çox az miqdarda oğurlayır. Və bu oğurladığı
enerji ilə ildə 4 santimetr Yerdən uzaqlaşır.
Alimlər 4.6 milyard il əvvəl Ayla Yer arasındakı məsafənin 22
530 km olduğunu təxmin edir. Buna görə də günlər getdikcə
uzanır.
Qeyd edək ki, hazırda Ay Yerdən 450 min km uzaqlıqdadır. Vaxt
gələcək ki, Günlərin uzunluğu bir aya çatacaq, davamlı olaraq
Yerdən uzaqlaşan Ay milyardlarla il sonra fərqli həyat şərtləri
ortaya qoyacaq.