Yuxarı

Azərbaycanlılar ermənilərə külli miqdarda pul verir ki... - Sensasiya

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mühacir alveri ilə məşğul olan azərbaycanlıların alman polisi tərəfindən saxlanılmasından sonra Almaniyadakı azərbaycanlı miqrantların durumu ilə bağlı narahatlıq yaranıb.

Bununla bağlı Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlunun Axar.az-a müsahibəsini təqdim edirik:

- Alman polisi tərəfindən azərbaycanlı mühacirlərin saxlanılması xəbəri yayıldıqdan bir neçə gün sonra 61 azərbaycanlı miqrant Almaniyadan deportasiya edildi. Deportasiya edilənlər arasında saxlanılan şəxslərdən var idimi? Ümumiyyətlə, indi Almaniyada yaşayan azərbaycanlılarla bağlı vəziyyət necədir?

- Ötən günlər ərzində readmissiya sazişinə əsasən artıq 61 nəfər Azərbaycana qaytarılıb. Həmin şəxslər Almaniyada qeyri-qanuni yaşayanlar idi. Readmissiya sazişi ilə bağlı deportasiyalar ildə bir-iki dəfə həyata keçirilir ki, bu da olduqca normaldır. Yəni bu, alman polisinin ötən həftə həyata keçirdiyi miqrant alverçilərinə qarşı genişmiqyaslı əməliyyatın nəticəsi deyil. Çünki həmin əməliyyatla bağlı istintaq davam edir, saxlanılan şəxslər arasında barəsində 6 aylıq həbs qətimkan tədbiri seçilənlər var. Həmin şəxslərin işi hələ məhkəməyə getməyib və onlarla bağlı qərar verilməyib.

- Saxlanılan azərbaycanlılarla bağlı iş hazırda nə yerdədir?

- Sözügedən işlər məhkəməyə gedəndən və məhkəmə müvafiq qərarı açıqlayandan sonra miqrant alverçilərinin qurbanlarının işinə Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarə (BAMF) yenidən baxacaq. BAMF-ın belə bir təcrübəsi var. Onu da deyim ki, iki il öncə Bremində Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin əməkdaşları rüşvətdə ittiham olunmuşdu və onların bu əməli sübut olunmuşdu. Buna görə də həmin idarənin Bremin şöbəsində nə qədər qaçqına yaşamaq icazəsi verilmişdisə, həmin şəxslər yenidən müsahibələrə çağırılmış və sənədləri yenidən yoxlanmışdı. Zaman-zaman bu kimi hadisələr olur Almaniyada.

Yeri gəlmişkən onu da bildirim ki, son iki-üç ildə Azərbaycandan Almaniyaya “Sumqayıt ermənisi”, “Gəncə ermənisi”, “Ordubad ermənisi” adı ilə gələn azərbaycanlılar həddən artıq çoxalıb. Təbii ki, onların heç biri erməni deyil və Azərbaycan türküdürlər, heç erməni dilini də bilmirlər. Bu məsələni ölkə mətbuatının gündəminə daşımaq lazımdır.

- Bu vasitədən sığınacaq almaq üçün istifadə edirlər?

- Əlbəttə. Bunlar hamısı sığınacaq almaq üçün atılan addımlardır. Onlar bildirirlər ki, guya erməni olduqlarına görə Azərbaycanda təzyiqə məruz qalırlar. Almaniyada erməni diasporu, Avropanın digər ölkələrində olduğu kimi, çox güclüdür. Həmin azərbaycanlılar külli miqdarda pul xərcləyərək, erməni diasporundan dəstək məktubları alırlar və bu yolla yaşamaq icazəsi əldə edirlər. Təbii ki, həmin şəxslərin kimlik bilgiləri ilə bağlı məlumatlar səhv olur. Onlar adətən erməni ad və soyadları götürürlər. Milli pasportlarını buradakı miqrasiya idarələrinə təqdim etmirlər ki, onların şəxsiyyətləri müəyyənləşdirilə bilməsin. Həmin şəxslər Almaniyaya normal viza alaraq gəlmirlər, qaçaq yollarla - gəmilər, TIR-lar vasitəsilə gəlirlər ki, ad-soyadları bilinməsin, sənəd istənilməsin, əsl kimlikləri üzə çıxmasın. Özünü erməni kimi təqdim edən həmin şəxslər müəyyən kurslara gedərək, erməni dilini ibtidai səviyyədə öyrənirlər ki, erməni olduqlarına kimlərisə inandırsınlar.

- Bəs onlarla bağlı hər hansısa addım atılmır?

- Yəqin ki, bu problemin həlli Azərbaycan və Almaniya hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığından keçir.

Bu heç də adi bir məsələ deyil. Təbii ki, Sumqayıtda, Gəncədə erməni ad-soyadı ilə yaşayan ermənilər var. Ancaq Almaniyaya sığınacaq almağa gələn və özünü erməni kimi təqdim etmək istəyənlərin hamısı Əli, Vəli, Məhəmməd kimi ad-soyadlı azərbaycanlılardır.

- Almaniyadakı azərbaycanlılar nə işlə məşğul olurlar?

- Almaniyada bu ilin avqust ayında miqrasiya ilə bağlı qanun, onların müxtəlif bölmələrinə aid dəyişikliklər olundu. Əsasən də Almaniyada əməkçi miqrant statusu almaqla bağlı qanuna böyük dəyişiklik olundu. Bu da həm bizim həmvətənlərimiz üçün, həm də digər ölkə vətəndaşları üçün Almaniyaya gəlib işləmək səddini götürdü. Çünki əvvəl Almaniyaya işçi lazım olanda şirkətlərin qarşısına bir sədd çəkmişdi və şirkətlərdən tələb edilirdi ki, sən özünə lazım olan işçini əvvəlcə Almaniyada axtar, tapa bilməsən, Avropa Birliyi ölkələrində axtar, orada da tapa bilməsən, başqa ölkədən dəvət edə bilərsən. Artıq qanun dəyişib və bu səddi geri götürüblər. Bundan sonra Almaniyada fəaliyyət göstərən hər bir şirkət, onun rəhbəri özünə lazım olan işçini istənilən ölkədən dəvət edib işlədə bilər. Bunun üçünsə B1 sertifikatı lazımdır, yəni alman dilini minimum səviyyədə bilməlidir. Sosial öhdəliklər, kirayə pulu kimi əsas işləri də şirkət özü həll edir.

- Alman mətbuatında azərbaycanlıların miqrant alveri ilə bağlı nə isə işıqlandırıldımı? Ümumiyyətlə, alman mediasında bu haqda nələr yazılıb?

- Hələlik alman mətbuatında miqrant alverçiləri ilə bağlı iki əsas xəbər var. Digər xəbərlər də həmin o iki əsas xəbər üzərində qurulub. O xəbərlərdə miqrant alverçiliyi ilə bağlı 20 nəfərin saxlanıldığı, onların evlərində, iş yerlərində axtarışlar aparıldığı və oradan külli miqdarda nağd pul vəsaiti, silah, müxtəlif dövlət orqanlarına, partiyalara məxsus ştamplar, möhürlər müsadirə olunaraq götürüldüyü yazılıb. Ancaq istintaq davam etdiyindən təqsirsizlik prezumpsiyasından irəli gələrək həmin şəxslərin adları açıqlanmır. Sadəcə iki azərbaycanlının yaşı göstərilib. Onlardan biri də banda başçısı kimi təqdim edilib. Təkcə Əlövsət Əliyevin oğlu açıqlama verərək atasının saxlanıldığını təsdiq edib. Ancaq digər adı çəkilən şəxslərdən 3-ü açıqlama verərək faktı təkzib edib. Hər halda istintaqın nəticəsini gözləmək lazımdır.

Tarix
2019.11.18 / 15:04
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla