Yuxarı

Sartrın Kamyu haqda yazısı ilk dəfə dilimizdə - Mətn

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sartrın Kamyu haqda yazısı ilk dəfə dilimizdə - Mətn

"Dilimizdə ilk dəfə" layihəsində

Alber Kamyu ilə Sartr arasında dostluq və düşmənçilik münasibətləri bütün dünya oxucularına məlumdur. Amma Kamyunun ölümündən sonra Sartrın ona həsr etdiyi yazı hələ də bir çox dillərə tərcümə olunmayıb. Axar.az BBC-nin illər sonra üzə çıxardığı yazını ilk dəfə olaraq Azərbaycan oxucularına təqdim edir:

"Altı ay əvvəl, hətta dünən belə hər kəs "O, nə edəcək?" deyə maraqlanırdı. Hörmətə layiq bir sükutu seçmişdi son zamanlar. Amma bu sükutun bir gün pozulacağı gözlənilirdi...

Bir gün danışacaqdı. Deyəcəklərini təxmin etmək yükünün altına girməyə heç birimizin cəsarəti çatmazdı. Amma hamımız kimi, Yer kürəsi kimi onun da günbəgün dəyişdiyini düşünürdük: bu onun varlığının unudulmamasına kifayət edirdi.

Ondan incimişdik. İnciklik – heç görüşməyəcək olsaq belə, qalmaqda idi. İçində yaşamağa məcbur olduğumuz darısqal, balaca dünyada bir-birimizə baxmadan, sadəcə, yanaşı yaşamaq tək çıxış yoludur. Bu onu xatırlamağa, oxuduğu kitablarda və ya qəzetlərdə gözlərini gəzdirdiyini təsəvvür etməyə və "Nə deyir? İndi o, nə fikirləşir?" - deyə düşünməyimizə mane olmur.

Baş verən hadisələrə və məlum psixoloji durumuma görə Kamyunun, bəzən ağrıyla qınadığım bu səssizliyini işıq kimi, qaranlıq kimi hər günümün amalına çevirdim.

Bəlkə də ən gözəl və ən mürəkkəb əsəri olan "Çöküş"ün təlqin etdiyi düşüncələrin ya yanında ola bilirsən, ya da qarşısında. Amma bu kitabı bir dəfə oxudunsa, həmin fikirlər səni heç vaxt tərk etmir. Sən həmişə onların ya yanında, ya da qarşısında olmağa məcbursan. Bu, mədəniyyətin yeni janrının müjdəçisi idi: dövrləri müəyyən etməyə və nəticəni tapmağa çalışan bir addım idi.

O, Fransa ədəbiyyatı nümayəndələrinin bu günümüzdə və tarix qarşısında çəkdikləri əziyyətin bariz nümunəsi idi. İnadkar, saf, emosional, sərt xarakteri ilə sonu məlum olmayan bir mübarizəyə qoşulmuşdu. Amma bununla yanaşı, öz inadkarlığı ilə əxlaqı da müdafiə edə bilirdi.

O, siyasi mövqeyini də bütün çılpaqlığı ilə oxucularına təlqin edirdi: ya yanından qıvrılıb keçməlisən, ya da müharibəyə girməlisən.

Son illərdəki səssizliyinin belə bir müsbət tərəfi var idi: onu sükutu seçməyə məcbur edən səbəbləri də yavaş-yavaş sezə bilirdik: əxlaq səni həm inqilaba, həm də mühakimə olunmağa məcbur edə bilər...

Gözləyirdik, gözləmək lazım idi. Nə qərara gələcəyindən asılı olmayaraq, probleminin nə olmasından asılı olmayaraq, nə edəcəyindən çəkinməyərək gözləyirdik. Kamü mədəniyyət sahəsində fransız tarixinin müasir dövrdəki yeganə təmsilçisi idi.

Heyf ki, o danışmadı... Danışsaydı, hansı yolla getdiyini öyrənə, bəlkə də onu anlaya bilərdik. O, əlindən gələn hər şeyi etmişdi – yazdığı əsərlərlə həqiqəti bütün çılpaqlığı ilə bizlərə çatdırmışdı.

Amma bizim kimi qərarsız və təcrübəsizlər o dühanı yaxşı anlaya bilmədi.

Kamyunu öldürən o qəzaya "rəzalət" deyirəm. Çünki bu qəza heç ədalətli deyildi. Hələ onu 20 yaşından bu yana narahat edən xəstəlik də dünyanın ən böyük ədalətsizliyi idi. Amma Kamyu buna dözdü, mübarizə aparmağı seçdi.

Kamyunu bizdən alan bu ölümdə insan oğlunun çarəsizliyini, əsərdən-əsərə həqiqətlərdən qaçmağın mümkün olmadığını, ölümə qarşı varlığın mübarizəsinin kifayət etmədiyini hələ illər sonra dərk edəcəyik.

Tarix
2015.03.04 / 23:36
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla