Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
10 İyul 2020


Toysuz qalan müğənnilər necə yaşayır?

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla əlaqədar elan olunmuş xüsusi karantin rejiminə əsasən ölkəmizdə mart ayından etibarən kütləvi tədbirlərin və toyların keçirilməsi qadağan olunub və bu qadağanın nə vaxt aradan qalxacağı hələlik məlum deyil.

Maraqlıdır, bu müddətdə müğənnilərimiz aylıq xərclərini necə qarşılayırlar?

Kult.az bu mövzu ilə bağlı müğənnilər arasında keçirdiyi sorğunu təqdim edir:

Xalq artisti Faiq Ağayev

Bizim qazancımız toylardan gəlir. Çünki konsert verən müğənnilərin əksəriyyəti pul qoyub oradan özünə pul götürmür. Çox nadir hallarda, tək-tük müğənni var ki, konsertdən pul qazanır. Bunu 1991-ci ildən zəngin konsert təcrübəsi olan insan kimi deyirəm. Əgər müğənninin əlavə biznesi yoxdursa, o, karantindən qabaq ehtiyata nə pul qoyubsa, onunla dolanır. Çox şükür ki, bəzilərinin əlavə biznesi var.

Müğənni Vasif Məhərrəmli

Bu müddətdə saxlancım var idi, onunla dolanıram. Şükür, şikayətim yoxdur. Vergi ödəyiciləri olan şəxslərə dövlətin etdiyi yardımı da almadım. Əgər onu alsam, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayacağam.

Müğənni Nadir Qafarzadə

Yanvar ayında toy olmadı. Fevral və martda isə bir tədbirim oldu. Ümumiyyətlə, qış aylarında toylar olmur. Aprel və mayda mövcud vəziyyətlə əlaqədar toy edilmədi. İyunda toy olub-olmayacağını bilmirəm. Hesab edirəm ki, vəziyyət bu cür davam edərsə, yalnız oktyabr, noyabrda toylar olar. Əgər iyun-iyulda toylara icazə verilməsə, Məhərrəmlik ayı başlayacaq. Belə olarsa, təxminən 10 ay ərzində biz heç nə qazanmamış olacağıq. Amma buna baxmayaraq, bu çətin dövrdə xalqımıza yardım etmək üçün olan-qalanımızı bölüşdük. Çətin günlər üçün saxladığım ehtiyat pulum xərcləndi. İnşallah, Allah yenidən yetirər. Bundan başqa, vergi ödəyicisi olduğum üçün dövlət mənə 690 manat ödədi. Çoxu fikirləşir ki, dövlət niyə bu müğənnilərə yardım edir. Mən 2003-cü ildən vaxtlı-vaxtında vergi ödəyirəm. Koronavirusla əlaqədar dövlət dəstəyi proqramına əsasən vergi ödəyicisi olduğum üçün o pulu verdilər. Mən də həmin məbləği özümə deyil, ehtiyacı olan insanlara yardım məqsədilə verdim.

Tarix
2020.05.19 / 22:47
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Azərbaycanda müğənni karantini belə pozdu - Video

Müğənnimizin bu mahnısı qadağan edildi - Video

Karantini pozan aparıcı işdən çıxarıldı

Röya “Altın Kelebek”in qalibi oldu - Foto

Özcan Dənizdən yeni serial

Emin Leyla Əliyevanı təbrik etdi: Heyrətamiz ana...

Bayram Nurlu cəzalandırıldı - DİN

Alim Qasımov koronadan danışdı: Bakıdan çıxdım

Türk müğənni Xəzər TV-də veriliş aparacaq

Ukraynalı gənclər Azərbaycan rəqsi ifa etdi - Video

KULT
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla