Yuxarı

ASAN TV-nin ASAN Radiodan fərqi... – Musəvi

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
ASAN TV-nin ASAN Radiodan fərqi... – Musəvi

Əməkdar jurnalist, ASAN radionun direktoru Emin Musəvinin Kult.az-a müsahibəsi:

- Aparıcı, 1999-cu ildən radio rəhbəri, 2004-cü ildən 106.3 FM, sonra ASAN Radio... Ümumiyyətlə, indiyədək özünüzü harada daha rahat hiss etmisiniz?

- Əslində, radio ilə bağlı fəaliyyətin 1997-ci ildə başlayıb. ANS ÇM-də aparıcı idim. 1999-cu ildə 106 FM-də proqram direktoru oldum. Kontentin yaradılması və inkişafı mənə tapşırılmışdı. 2004-cü ildə ilk milli formatlı musiqini səsləndirən 106.3 FM - “Azad Azərbaycan” radiomuz açıldı. Qısa müddət ərzində də uğurlu oldu. Daha sonra, 2015-ci ilə dövlət xidmətləri əsasında ixtisaslaşan ilk radiomuz yarandı və indi də fəaliyyət göstərir. Suala belə cavab verərdim ki, özümü mediada rahat hiss edirəm. Komandamızla bərabər izləyicilərə, dinləyicilərə faydalı olmağa çalışırıq. ASAN TV-nin də ASAN Radio kimi uğurlu olacağına inanıram.

- Televiyadakı aparıcılığınızdan ötrü darıxmırsınız ki? Sizi sanki orada daha çox sevirdilər, daim üzdə idiniz…

- Yox, çox da darıxmamışam. Zaman dəyişib, ənənəvi formatda olan aparıcılıqdan əlavə də müasir, rəqəmsal media var artıq. Vizuallıqdan danışırıqsa, sosial şəbəkə, medianı da qeyd etməliyik. Hesab edirəm ki, ASAN-da müxtəlif istiqamətlərdə maraqlı veriliş və müsahibələrimiz olub. Bura nazirlərlə eksküliziv müsahibələri də əlavə edə bilərəm. Bu barədə heç bir sıxıntım yoxdur. Onsuz da ASAN Radio həmişə fərqlənir. Tək radio kimi yox, həm də xəbərləri video şəklində səsləndirir, sosialda ən çox izləyici sayı olan media qurumlarındanıq. Bir sözlə, öz media qurumumuzda özümü çox rahat hiss edirəm.

- Sizin üçün televiziya və radioda işləməyin hansı fərqləri var? Məsələn, hansı daha çətindir?

- Hər birinin öz iş prinsipləri var. İnternet inkişaf etməyəndə radio daha operativ hesab edilirdi. Məsələn, televiziyada bir məlumat çatdırılan zaman kamera quraşdırılmalı, studiya hazır olmalıdır. Geyimə qədər hər şeyə fikir verməlisən. Amma bu proses radioda daha asan həyata keçir. Texniki baxımdan yanlız bu rahatlıq, fərq var.

- Əgər bir gün televiziyaya qayıtsanız, getmək istədiyiniz kanal varmı?

- Bu gün bizim müasir onlayn TV-miz yaranır. Onun inkişaf və uğuru haradasa başqa kanalda görünməkdən daha önəmlidir.

- Son günlər televiziyadakı verilişlər də gündəmdədir, əksərən narazılıq olur. Siz özünüz necə, razısınızmı?

- Elə veriliş və kanallar var ki, onların tənqid olunması ilə razıyam. Tənqid olunan proqramlar da az deyil, bilirəm. Haqq payı olan da var, olmayan da.

- Sizin haqqınızda başqa iddialar da var idi. Məsələn, Latviyada iki milyon avro dəyərində olan restoran biznesi...

- İllər ərzində mən Latviya səfirliyi ilə əməkdaşlıq etmişəm. Kommunikasiya, PR işlərində yaxından iştirak etmişəm. Latviya haqqında video kontetlər hazırlamışam - oranın özündən, maraqlı insanlarından prezidentlərə qədər. Bir neçə prezidentlə müsahibəm var. Eyni zamanda da Latviyanın Azərbaycanda tanıdılması ilə məşğul idim. Ara-sıra ora gedirdim, bir neçə ay orada qalırdım. Format belə idi. Bizim bir dostumuzun restoranı var idi, mənə də yer lazım idi işləri görmək üçün. Düşündüm, əlverişlidir və o məkanda bir müddət çalışdım. Restoran özü işləyirdi, paralel olaraq işlərimi görürdüm. Qlobal məsələlərində - biznesdə bir balaca iştirakım da var idi. Həmin zamanda da belə feyk xəbərlər yayıldı. Yalandan dedilər ki, guya mən 2 milyon avroya restoran almışam. Amma nəinki orada, başqa yerdə də bu cür əmlakım yoxdur. Təəssüf ki, mediada belə “sensasiyalı” xəbərlər də çıxır...

Tarix
2024.04.06 / 08:30
Müəllif
Orxan Saffari
Digər xəbərlər

Epşteynin pərdəarxası: Qlobal elitanı kimlər şantaj edir?

İlham Əliyev Məhəmməd Əbdülsalamla görüşdü

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla