Yuxarı

Şuşa festivalında səslənən bu mahnıya ermənilər “dil uzatdı”

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Şuşada keçirilən “Xarıbülbül” festivalının birinci konsert günündə müğənni Tunarın ifasında səslənən "Dilbərim" mahnısı erməni Teleqram kanallarında və sosial şəbəkələrində müzakirə edilib və onlar iddia edirlər ki, bu mahnı kürdlərə aiddir.

Öncə qeyd edim ki, Azərbaycan xalqları içərisində kürdlərin oynadığı rol danılmazdır. Azərbaycan Cümhuriyyəti dövründə, Birinci Qarabağ müharibəsində və 44 günlük Zəfər müharibəsində kürd xalqı dövlətimizin qorunması və güclənməsi üçün böyük rol oynayıb. Kürd xalqı bizim canımızdır, qardaşımızdır və bizim nəinki qonşuluq, həm də qohumluq əlaqələrimiz də var. Kürd mahnıları xalqımızın folklorunda özünəməxsus yer tutur.

Amma bu həqiqəti danmaq üçün bizə əsas da vermir. İllərdir Azərbaycan xalq mahnısı kimi təqdim edilən “Dilbərim” 1930-cu ildə qarabağlı xanəndə Xan Şuşinski tərəfindən bəstələnib. Mahnının əsl adı belədir "Dilbərim və ya bağda sarmaşıq”. Söz və musiqi Xana məxsusdur.

Bu mahnı Xan əmi tərəfindən dahi Üzeyir bəy Hacıbəylinin qarşısında ilk dəfə ifa olunub və musiqisində Üzeyir bəy tərəfindən qismən dəyişiklik edilib.

Bu mahnının kürdcə qələmə verilmə səbəbi isə Azərbaycan müstəqillik əldə edəndən sonra türkiyəli müğənni Ceylan tərəfindən anonim ifa edilməsidir. Bir müddət Türkiyədə belə qəbul olunub. Sonra İbrahim Tatlısəs bu mahnını öz repertuarına daxil edib. Hələ bu azmış kimi, kürd əsilli Türkiyə müğənnisi mahnıya "Rinda min" adını verib.

Həqiqət nədir: Bayatıların əsasında əldə olunan mahnının mətni leksikondan çıxarılan sözlərlə eyni olduğu üçün zamanla müasirləşdirilib və yeni sözlər əlavə edilib. Xan Şuşinski bu mahnını 1930-cu ildə bəstələyib və qramafon diskinə yazdırıb. Qısa desək, Xan Şuşinskinin ifasında sözügedən mahnı qramafon valına yazlan zaman İbrahim Tatlısəs dünyaya gəlməmişdi. 1940-1950-cı illərdə mahnı o qədər populyar olub ki, müxtəlif müğənnilər bunu ifa edib.

Bu mahnının yaranmasının da səbəbi çox qəribə olub. Dilbər adlı gənc qız Füzuliyə Şuşadan gəlibmiş. Onu burada görüb sevən bir gənc Xan əmini Füzulidə toy zamanı görür və xahiş edir ki, sevdiyi qıza mahnı yazsın. Xan əmi də buna deyir ki, bu qızın nişanələrini mənə təsvir edə bilərsənmi? O da deyir ki, qaraqaş, qaragöz bir qızdır. Xan əmi də onun sözünü yerə salmır, bayatılar əsasında mahnının sözlərini də, musiqisini də yazır.

Bu gün mahnıda olan

"Bağa girmərəm sənsiz,

Gülü dərmərəm sənsiz,

Bağda quzu mələsə,

Bil ki, o mənəm sənsiz” - sözləri də sonradan təhrif edilib. Mahnının orijinalında belə sözlər olmayıb. Çünki Xan əmi elə sənətkar idi ki, o, mahnıda belə mənasız sözlər işlətməzdi. Mahnı şifahi folklor nümunəsi olaraq dildən-dilə keçərək təhriflərə məruz qalıb.

Bu mahnının son olaraq qeyd edim ki, kürdlər, farslar, özbəklər ifa eləsələr də, bunun əsl sahibi Azərbaycan türkləridir və onun da müəllifi Xan Şuşinskidir.

Tarix
2021.05.13 / 09:30
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla