
“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü
21:58
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Ermənistanın sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib. Bu qərar Ermənistan Prezidenti Vaaqn Xaçatryan tərəfindən Baş nazir Nikol Paşinyanın təklifi ilə verilib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, müvafiq fərman Ermənistan prezidentinin saytında dərc olunub.
“Edqar Hunanyan Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilsin”, – sənəddə qeyd olunur.
Qeyd edək ki, o, 2024-cü ilin iyulunda Ermənistan Sərhəd Qoşunlarının komandanı təyin edilmişdi.
Tarix
2025.09.19 / 19:44
|
Müəllif
Axar.az
|