Yuxarı

"AzNar" zavodu müflis olmaq təhlükəsi ilə üz-üzədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"AzNar" zavodu müflis olmaq təhlükəsi ilə üz-üzədir

İş adamı Fərhad Əhmədova məxsus, atasının adını daşıyan Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ciddi maliyyə böhranı ilə üzləşib. Zavodun tam olaraq müflis ola biləcəyi də istisna edilmir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, müəssisənin əsas problemlərindən biri vergi borcudur. Zavodun vergiyə yaranmış borcu 463 min manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi borcun ödənilməsi üçün müəssisəyə vaxt versə də, ödəniş baş tutmadığından qurum məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsi zavod direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulması haqqında qərar qəbul edib.

Vergi borcunun yarandığı dövrdə şirkətin direktoru Bəylər Abbasov olub. Daha sonra zavodun yeni direktoru Hüseynov Natiq Elxan oğlu təyin edilib.

Natiq Hüseynovun nümayəndəsi ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi üçün apellyasiya şikayəti verib və müəssisənin hazırkı maliyyə vəziyyəti ilə bağlı ətraflı məlumat təqdim edib.

Onun sözlərinə görə, zavodda istehsalat tənəzzül mərhələsindədir. Bunun başlıca səbəblərindən biri Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar əsas səhmdar Fərhad Əhmədova qarşı tətbiq edilən sanksiyalardır. Həmin sanksiyalardan sonra Fərhad Əhmədov zavoda maliyyə dəstəyini dayandırıb.

Natiq Hüseynovun nümayəndəsi həmçinin bildirib ki, ixrac bazarlarının daralması və xammal qıtlığı səbəbilə satış dövriyyəsi kəskin şəkildə azalıb:

"2024-cü ildə məhsul istehsalı əvvəlki illərlə müqayisədə 4 dəfə aşağı olub. Lakin xərclər eyni səviyyədə qaldığından maliyyə yükü daha da dərinləşib. Xammal ehtiyatları tam tükənib. Yeni tədarük üçün maliyyə mənbəyi yoxdur. Əməkhaqqı üzrə öhdəlik 95 min manatdır. Lakin vəsait olmadığı üçün ödənişlər gecikir. Debitor borclar 6 milyon manatdan çoxdur. Həmin vəsaitlərin qaytarılması və ixrac müqavilələrinin bərpası üçün xarici ezamiyyətlər planlaşdırılır. Baş direktorun ABŞ səfəri üçün viza da alınıb. Lakin ölkədən çıxış qadağası bu prosesləri təhlükə altına salır".

Natiq Hüseynovun nümayəndəsi məhkəməyə izahatında qeyd edib ki, vergi borcu əvvəlki rəhbərin dövründə yaranıb: "Yeni direktor mövcud problemlərin aradan qaldırılması üçün çalışır. Borcun bir hissəsi artıq ödənilib. Ödənişlərin davam etdirilməsi planlaşdırılır".

Qeyd edək ki, zavodun direktoru Natiq Hüseynov uzun illər hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışıb. O, müharibə iştirakçısıdır və “İgidliyə görə” medalı ilə təltif edilib.

Tarix
2025.11.28 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla