Yuxarı

ABŞ sabahdan Trampın rüsumlarını ləğv edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ sabahdan Trampın rüsumlarını ləğv edir

ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti 24 fevral tarixindən etibarən Prezident Donald Tramp tərəfindən tətbiq edilmiş və Ali Məhkəmə tərəfindən qanunsuz hesab olunan gömrük rüsumlarının yığılmasının dayandırılacağını açıqlayıb. Qərar idxal edilən mallara tətbiq olunan tariflərin ləğvini nəzərdə tutur.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin yükdaşıyıcılar üçün yaydığı rəsmi bildirişdə qeyd olunub.

Bildirilib ki, Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı əsasında tətbiq edilən rüsumlar 24 fevral 2026-cı il saat 00:00-dan etibarən ölkəyə idxal olunan mallara şamil edilməyəcək və artıq tutulmayacaq.

Xatırladaq ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi Trampın tətbiq etdiyi tarifləri ləğv edib. Ağ Evin rəhbəri bu qərarı “rüsvayçılıq” adlandırıb. Bundan bir gün sonra isə ABŞ Prezidenti bütün dünya ölkələri üçün 10 faiz həcmində yeni gömrük rüsumları tətbiq edib, ardınca bu rüsumları 15%-ə qaldırıb.

Tarix
2026.02.23 / 14:37
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla