Yuxarı

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Qeyri-müəyyən atəşkəsə getməklə İran həssas taktiki üstünlüyünü əldən verdi. Demək olar ki, Trampın “İranın infrastrukturunu dağıdacam” vədləri öz təsirini göstərdi. Lakin ABŞ sadəcə olaraq İranı növbəti dəfə aldadır. Bunun ən açıq göstərisi də İsrailin Livanda apardığı əməliyyatları dayandırmamasıdır; çünki dayandırsa, Hizbullah öz mövqelərinə geri qayıdacaq, halbuki İsrailin Livan müharibəsindən demək ki, çəkilmək fikri yoxdur, yəni atəşkəsə də hazırlaşmır.

Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O xatırladıb ki, bunu anlayan Pakistanın müdafiə naziri Xavaca Asif İsraili “şeytan” və “insanlığın lənəti” adlandırdı (İsrailin reaksiyasından və bunun vasitəçilik edən ölkənin bitərəf mövqeyinə zidd olmasını elan etməsindən sonra X.Asif statusu silmişdi - red.).

“ABŞ-dən İsrailə hər gün “C-5M Galaxy” ağır hərbi nəqliyyat təyyarələri gəlir və onlar Dəmir Qübbənin yararsız hala salınmış hissələrini təmir edir və silah gətirir. Bu deməkdir ki, İran artıq İsrailə təsirli zərbələr endirə bilməyəcək, İranın əldən verdiyi taktiki uğuru məhz budur. Bölgəyə yeni təyyarə daşıyıcılarının gəlməsi, ABŞ-ən öz hərbi bazalarını təmir etməsi kimi hallar da var.

İranın bu addımı da - atəşkəsə razılaşması - onun raket atma potensialının zəifləməsi kimi də qiymətlənidirilə bilər. Çünki onlar da nəyi əldən verdiklərini hər halda anlayırlar.

Ümumiyyətlə, Pakistandakı danışıqlar "keyfiyyətsiz" danışıqlar prosesidir. Belə ki, bu qəbildən vasitəçillik səylərinin etibarlı olması üçün vasitəçilər arasında ən azından Çin olmalı, ayrıca tərəflər lap əvvəldən “təcavüz etməmək haqda” saziş (non-aggression clause) imzalamalıdır, yəni hərbi əməliyyatları durdurulması ilə bağlı ilkin razılaşmanı. Heç birisi olmadı”, - professor əlavə edib.

Tarix
2026.04.12 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

İslamabadda kim güzəştə gedəcək: İran, yoxsa ABŞ?

İlham Əliyev Tiflisdə xatirə kitabına nələr yazıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla