Yuxarı

Bu qəpiyi gətirənə 66 min verilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qəpiyi gətirənə 66 min verilir

Türkiyədə kolleksiyaçılar arasında maraq doğuran nadir sikkələrdən biri rekord qiymətə satışa çıxarılıb. Onlayn satış platformalarından birində Türkiyə Böyük Millət Məclisinin açılışının 50 illiyi münasibətilə zərb edilmiş xatirə sikkəsi üzərindəki istehsal qüsuruna görə 66 min 500 lirəyə təklif olunur.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, söhbət 1920–1970-ci illəri əhatə edən yubiley münasibətilə buraxılmış, 16 qram çəkisi olan gümüş 25 lirəlik xatirə sikkəsindən gedir.

Məlumata görə, bu sikkədən ümumilikdə 23 min ədəd hazırlanıb.

Elan sahibi sikkənin “çox nadir” kateqoriyasına aid olduğunu bildirir. Bunun səbəbi isə üzərindəki Atatürk portretində görünən zərb xətasıdır. Məlumata görə, portretin göz hissəsində istehsal qüsuru yaranıb – sol göz böyük, sağ göz isə kiçik və qapalı formada təsvir olunub. Kolleksiyaçılar arasında bu cür səhv zərb edilmiş sikkələr daha qiymətli hesab edilir.

Elanda sikkənin vəziyyəti “çox yaxşı” kimi göstərilib. Hazırda həmin nümunə 5 faiz endirim tətbiq olunduqdan sonra 66 min 500 türk lirəsinə satışa çıxarılıb. Satışda cəmi bir ədəd olduğu və pulsuz çatdırılma imkanının təqdim edildiyi qeyd olunur.

Numizmatika mütəxəssisləri bildirirlər ki, nadir istehsal qüsurları olan sikkələr zamanla kolleksiya bazarında adi nümunələrdən qat-qat yüksək qiymətə alınıb-satıla bilir. Bu səbəbdən bəzi kolleksiyaçılar belə nümunələri investisiya vasitəsi kimi də qiymətləndirirlər.

Tarix
2026.06.04 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı

Rusiyanın Ermənistan qərarı Azərbaycana dərs olmalıdır

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla