Yuxarı

Argentina siyasi mesaj verdi, araşdırma başladı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Argentina siyasi mesaj verdi, araşdırma başladı - Foto

Argentinalı futbolçular dünya çempionatının yarımfinal mərhələsində İngiltərə üzərində 2:1 hesablı qələbədən sonra “Folklend (Malvin) adaları Argentinaya məxsusdur” banneri qaldırıblar.

Axar.az xəbər verir ki, bu barədə "Döyçe Velle" nəşri məlumat yayıb.

Məlumata görə, bannerin haradan gətirildiyi məlum olmasa da, onun daha əvvəl tribunada nümayiş etdirildiyi bildirilib.

Bannerlə bağlı sualı cavablandıran Argentina yığmasının yarımmüdafiəçisi Leandro Paredes deyib ki, oralar həmişə Argentinaya məxsus olacaq:

“Bu oyunun ölkəmiz üçün nə ifadə etdiyini bilirdik. Tariximizin o kədərli dövrünü yaşamış insanları layiqincə təmsil etməyə çalışdıq ki, onlar özlərini bizimlə eyniləşdirə bilsinlər və biz də müsbət mesaj verə bilək”.

Sözügedən banner FİFA-nın turnir təşkilatçıları tərəfindən tətbiq edilən “Stadion Davranış Qaydaları”nı poza bilər. Həmin qaydalara əsasən, siyasi, təhqiredici və ya ayrı-seçkilik xarakteri daşıyan banner, bayraq, vərəqə, geyim və digər atributların stadionda nümayiş etdirilməsi qadağandır.

FİFA-nın məsələ ilə bağlı araşdırlamalara başladığı bildirilib.

Qeyd edək ki, İngiltərənin banneri qaldıran 5 argentinalı futbolçunun - Kuti Romero (“Tottenhem”), Lisandro Martinez (“Mançester Yunayted”), Enzo Fernandes (“Çelsi”), Aleksis Mak Allister (“Liverpul”) və El Kolo Barkonun (“Çelsi”) iş icazəsini ləğv edəcəyi gözlənilir.

Tarix
2026.07.19 / 15:46
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla