Yuxarı

Axar.Az Logo carnation

Orban Ərdoğana Pekində də dəstək verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orban Ərdoğana Pekində də dəstək verdi

Türkiyə Avropanın təhlükəsizliyində böyük rol oynayır.

Axar.az xəbər verir ki, bu sözləri Çinin paytaxtı Pekində keçirilən “Bir qurşaq – bir yol” forumuna qatılan Macarıstanın Baş naziri Viktor Orban jurnalistlərə açıqlamasında deyib.

"Prezident Rəcəb Tayyib Ərdoğana hər zaman hörmət edirik. Türkiyə qeyri-qanuni miqrasiyanın qarşısını alaraq öz daxili sabitliyini qorumaqla yanaşı, Avropa və Macarıstanın təhlükəsizliyində böyük rol oynayır. Türk-macar münasibətlərinin mükəmməl olması Macarıstan milli təhlükəsizliyinin bir hissəsidir”, - deyə o bildirib.

Qeyd edək ki, Orban AŞPA-nın Türkiyə üzərində siyasi nəzarətin bərpa edilməsi barədə 24 apreldə qəbul etdiyi qərara qarşı da çıxmış, Ərdoğanın sabit türk siyasi həyatını formalaşdırmağını dəstəklədiyini bildirmişdi. “Türkiyədə tamamilə sabitlik yarada bilənləri dəstəkləməliyik. Əks halda, bütün regionda fəlakət başlayar və Avropa üzərində təzyiq dözülməz olar”, - deyə qeyd etmişdi.

Tarix
2017.05.16 / 14:51
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev Davosda AYİB prezidenti ilə görüşdü

Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq

İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

Əliyevdən Ermənistan açıqlaması: Bunu götürdük!

Yeni era başlayıb, indi güc qaydası idarə edir - Prezident

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla