Yuxarı

7-ci ölkə də Qətərlə diplomatik əlaqələri kəsdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
7-ci ölkə də Qətərlə diplomatik əlaqələri kəsdi

09:42

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik münasibətlərini dayandırıb.

Axar.az xəbər verir ki, rəsmi Doha ilə münasibətləri ilk dayandıran ölkə Bəhreyn olub. Manama bu addımı Qətərin Bəhreyndə stabilliyə və təhlükəsizliyə təhdid yaratması, krallığın daxili işlərinə müdaxilə və Qətərin terror təşkilatlarına dəstəyilə əlaqədar atdığını bildirib. Bəhreyn həmçinin Qətərlə hava və dəniz əlaqələrini də dayandırıb, bu ölkənin vətəndaşlarının krallığa gəlməsinə qadağa qoyub.

Bəhreyndən bir neçə dəqiqə sonra Qətərə qarşı analoji addımı Ər-Riyad, Qahirə və Əbu-Dabi də atıb. Səudiyyə Ərəbistanı və Misir bu ölkə ilə quru, hava və dəniz əlaqələrini dayandırıb. Səudiyyə Ərəbistanı həmçinin Qətərin İŞİD və Əl Qaidəyə verdiyi dəstək ucbatından Yəməndəki hərbi əməliyyatlardan uzaqlaşdırıldığı bildirilib.

Ərəbistan bütün Qətər vətəndaşlarının krallıq ərazisini tərk etməsi üçün 14 gün vaxt verib. Ər-Riyad ölkə ərazisində yalnız həcc ziyarətini icra edən qətərlilərin qalmasına izn verib.

Analoji addımı Birləşmiş Ərəb Əmirlikləri də atıb. BƏƏ-nin “Etihad Eyrveys” şirkəti Qətərə uçuşları tam dayandırıb.

***

4 ölkənin Qətərlə diplomatik əlaqələri kəsməsindən sonra Yəmən də analoji addımı atıb.

Yəmən Qətərin beynəlxalq koalisiyadan çıxarılması qərarını da dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, 5 ölkənin hər biri Qətərin İranla yaxınlaşması siyasətinin kəskin əleyhdarıdır.

***

Liviya da Qətəri terrorizmə dəstəkdə ittiham edərək, bütün əlaqələrin kəsildiyini elan edib.

***

Maldiv də Qətərlə diplomatik əlaqələrin dayandırılması barədə bəyanat verib.

Tarix
2017.06.05 / 13:28
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Eşq olsun Azərbaycan bayrağına! - Prezident

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla