Yuxarı

Rusiya Osmanlı imperiyasının çöküşünü araşdırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Osmanlı imperiyasının çöküşünü araşdırdı

Rusiyanın RBK televiziyasında "Osmanlı imperatorluğunun süqutu" adlı proqramda Osmanlı imeratorluğunun süqutunun səbəbləri müzakirə olunub. Proqramda iştirak edən rus mütəxəssislər Türkiyə cümhuriyyətinin 100 il sonra Osmanlıdan qalan borclarını ödəyərək tarixinə sadiq bir ölkə olduğunu ifadə edib.

Jurnalist Janna Nemtsovanın təqdim etdiyi proqrama mütəxəssis Yan Melkumov və Rusiya Elmlər Akademiyası Şərq İnstitutunun mütəxəssisi Aleksandr Vasilyev qatılıb. Jurnalist Nemtsova türk əmirlərinin güclənərək nəhəng Osmanlı dövləti qurduğunu və bu dövlətin 600 il geniş torpaqlar üzərində böyük imperatorluq olaraq fəaliyyət göstərdiyini xatırladıb.

İmperiyanı ayaqda saxlayan bir səbəb vardı

Jurnalist mütəxəssislərə "Bəyliklər necə oldu ki, nəhəng Osmanlı imperatorluğunu qurdu və bu ölkə əsrlər boyu geniş və fərqli coğrafi məkanlarda hökmranlıq edə bildi" sualına tarixçi Melkumov belə cavab verib:

"Bu imperiyanın əsrlərlə yaşamasına bir səbəb olub. Bu da dindir. Osmanlı imperatorluğu yalnız dindən istifadə edərək xalqı yüzillərlə idarə etməyi bacarıb. Bundan başqa, Osmanlı sultanları əyalət başçılarına böyük üstünlüklər verirdi. Yetər ki, onları tanısınlar. Coğrafi cəhətdən imperatorluğun əlverişli yerdə yerləşməsi, ticarət yollarının buradan keçməsi də ölkəni zəngin edirdi".

Osmanlılar yəhudilərə qucaq açdı

Jurnalist Nemtsova Osmanlının Avropadan qaçan yəhudilərə qucaq açdığını bildirəndə mütəxəssis belə cavab verib:

"Ümumiyyətlə, Osmanlı bütün istehsalçı təbəqəni qoruyurdu. Bu baxımdan yəhudilər əlverişli olduğundan, onları qəbul etməyə bilməzdilər", - deyə münasibət bildirib.

Krım döyüşündə alınan borc Osmanlını yıxdı

Osmanlı imperiyasının 19-cu əsrdə Krım müharibəsi zamanı xarici ölkələrdən borc aldığını xatırladan teleaparıcı Vyana qapılarından geri dönən Osmanlı dövlətinin çökmə səbəblərini soruşanda, Şərq ölkələri üzrə mütəxəssis Aleksandr Vasilyev borcların Osmanlı imperiyasını süquta apardığını bildirib:

"Əvvəlcə 1854-cü ildə Krım döyüşü başlayanda İngiltərədən 200 min sterlinq alan Osmanlı sonradan bu pulu verə bilmədi. Bundan başqa, xarici banklar bu dövlətə çox böyük faizlə pul verirdilər".

Borcları ödəməkdə çətinlik çəkən Osmanlının daha sonra borc və faizlərin ödəməsini dayandırdığını deyən mütəxəssis düz 100 il sonra, 1954-cü ildə Türkiyə Cümhuriyyətinin Osmanlı imperiyasının borclarını qəpiyinə kimi ödədiyini bildirib.

Tarix
2014.05.31 / 00:16
Müəllif
Şəmsəddin Ensar
Digər xəbərlər

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla