Yuxarı

Təyyarədə ölən qızın atası Putinə məktub yazdı – Mətn

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malaziyanın Boinq-777 təyyarəsində həlak olan 17 yaşlı holland qız Elsemik de Borstun atası Hans de Borst Rusiya prezidenti Vladimir Putin və Ukraynadakı separatçı liderlərə məktub yazıb.

Axar.az xəbər verir ki, həlak olan qızın atası məktubu qızının şəkli ilə birlikdə özünün Feysbuk səhifəsində yerləşdirib:

"Onun 17 yaşı var idi. Arxitektor olmaq istəyirdi. Adıçəkilən centlmenlər, ümid edirəm ki, siz gənc ömrü kəsdiyiniz üçün fəxr edirsiz və sabah aynaya baxa biləcəksiniz.

Ümid edirəm ki, ingilis dilində olan bu məktubum sizə gəlib çatacaq və intellektual insanlar kimi onu oxuya biləcəksiniz. Bir daha sizə təşəkkür edirəm. Ən xoş arzularla həyatı məhv olan Elsemikin atası Hans de Borst".

Məktub sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçilərindən biri məktubla bağlı maraqlı şərh yazıb:

"Əgər separatçılar Putinin Forszotenedə (Haaqa yaxınlığındakı şəhər) yaşayan qızını öldürsəydilər, o buna sevə-sevə baxardı".

Qeyd edək ki, iyulun 17-də Ukraynanın Donetsk vilayətində Malaziya hava yollarına məxsus olan Boinq-777 sərnişin təyyarəsi vurulmuşdu. Nəticədə 80 nəfəri uşaq olmaqla 298 nəfər həlak olmuşdu.

Tarix
2014.07.22 / 11:23
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla