İraq və Suriyada qətliamlar törədən "İraq Şam İslam
Dövləti"nin (İŞİD) istifadə etdiyi bayrağın emblemindən istifadə
edən Xəzinədar İslami Araşdırma Dərnəyi (HİSADER)
bağlanıb.
Axar.az türk mediasına istinadən xəbər verir ki, dərnək bölgədə
yaşayan gənclərin Suriyadakı müharibəyə göndərilməsi və terror
təşkilatlarına qoşulması kimi işlərlə məşğul olub.
Türkiyədə fəaliyyət göstərən dərnəyin başçısı Volkan Sağlam isə
dərnəklərinə böhtan atıldığını deyib:
"İyunda dərnəyimizə əsassız böhtanlar atdılar, Allahın köməkliyi
ilə dik dayanaraq bütün şər-böhtana gözəl şəkildə cavab verdik.
Əməyi keçən bütün müsəlmanlardan Allah razı olsun. Amma bu
söz-söhbətlər tükənmək bilmir. Hər hansı bir müsəlmanın teli bizim
üçün 10 dənə HİSADER-dən daha qiymətlidir".
Dərnək başçısı sözlərinə belə davam edib: "Hal-hazırda heç bir
iş görmürük. HİSADER bağlanıb, fəaliyyətimiz dayanıb".