Yuxarı

İstanbulda nələr yaşanır? - ASQ sədri açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda nələr yaşanır? - ASQ sədri açıqladı

Bu günə qədər sizə açıqladığım rəqəmləri bütün siyasi partiyalarla paylaşıram. Bunlar müvəqqəti nəticələrdir və biz bələdiyyə rəhbərliyinə seçilməklə bağlı rəsmi sənədi vermək üçün qanuni etiraz prosesinin başa çatmasını gözləyirik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Ali Seçki Qurumunun sədri Sadi Güvən deyib.

İstanbulda da eyni proses işlədi. İstanbulda axşam bizə çatan sənədlərə əsasən, 8 ilçə (rayon) seçki qurumuna edilən etirazlar səbəbindən bu qurumlar təkrar sayım qərarı qəbul ediblər və bəzi seçki qurumları bu qərarın icrasına başlayıb. İlçə seçki qurumunun qərarı əsasında sayım işləri davam etdiyi bir vaxtda mahal seçki qurumuna etiraz edilib. İstanbul mahal seçki qurumu ilçə seçki qurumu qərarına qarşı etiraz haqqı olduğunu, bu prosesin gözlənməli olduğunu bildirərək, təkrar sayım işlərini dayandırmışdır. Bunun ardınca Ali Seçki Qurumu toplanaraq 298 saylı qanunun 118-ci maddəsinə əsasən, İstanbul mahal seçki qurumunun 2.4.2019 tarixli qərarının birinci maddəsinin ləğv edilməsinə, ilçə seçki qurumunun yenidən sayım qərarı ilə yenidən sayım başlanıbsa, prosesin nəticələndirilməsinə ehtiyac olduğuna, yenidən təşkil edilən sayımla ortaya çıxan nəticənin bütün siyasi partiya və müstəqil namizədlər baxımından qüvvədə olmasına qərar verilmişdir. Bu qərarı göndərdik, icra edilir.

Mənim qarşıma tək-tək ilçə seçki qurumu qərarı gəlmədi, amma etibarsız səslərin təkrar sayılması istənilib. Buna qərar veriblər. Bu ilk dəfə qəbul edilən bir qərar deyil. Bundan öncəki seçkilərdə də ilçə seçki qurumlarımız yenidən sayım qərarı verib. Bu sayım qərarından sonra prosesin yenidən başladıldığı halda hansısa məqamda bunun kəsilməyəcəyinə, sonuna qədər aparılmasına ehtiyac olduğuna qərar verildi. İstanbuldakı hadisə budur.

Biz sayımın edilib-edilməməli olduğu məqamını araşdırmadıq. Sadəcə sayıma qərar vermiş ilçələrdə sayım prosesinin başladılmasından sonra bunun artıq dayandırıla bilməyəcəyini, bu mərhələdə dayandırılacağı halda siyasi partiyaların lehinə və əleyhinə nəticələrə səbəb ola biləcəyini proqnozlaşdırdıq. Bəzən proses etiraz edənlərin deyil, etməyənlərin lehinə də nəticələnə bilir”, - Güvən bildirib.

Qeyd edək ki, AKP-nin İstanbulun müxtəlif ilçələrindəki seçki qurumlarına rəsmi etirazından sonra 7 ilçədə səslərin təkrar sayılmasına başlanılıb. Bundan sonra CHP-nin etirazları nəticəsində İstanbul mahal seçki qurumu yenidən sayım prosesinin dayandırılması barədə qərar qəbul edib. Ötən gecə 23:15-də fövqəladə iclas keçirən Ali Seçki Qurumu (Mərkəzi Seçki Komissiyası) isə məsələ ilə bağlı yekun qərar qəbul edib. Qurum İstanbul mahal seçki qurumunun şəhərin 7 ilçəsində (rayonunda) səslərin yenidən sayılmasının dayandırılması qərarını ləğv edib.

Tarix
2019.04.03 / 13:04
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla