Yuxarı

Prezident PA rəhbərini baş nazir təyin etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident PA rəhbərini baş nazir təyin etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Mixail Myasnikoviçi baş nazir vəzifəsindən azad edib.

APA-nın məlumatına görə, digər sərəncamla Prezident Administrasiyasının rəhbəri Andrey Kobyakov baş nazir vəzifəsinə təyin edilib.

Prezident Administrasiyasına bundan sonra Vitebsk vilayəti İcraiyyə Komitəsinin sədri Aleksandr Kosinets rəhbərlik edəcək. Onun müavinləri iqtisadiyyat naziri Nikolay Snopkov və Belarus Gənclər İttifaqının birinci katibi İqor Buzovski olacaq.

Baş nazirin birinci müavini vəzifəsinə Vasili Matyuşevski, müavinləri vəzifəsinə Vladimir Semaşko və Natalya Koçanova təyinat alıb.

Bundan başqa, A.Lukaşenko Mixail Juravkovu təhsil naziri, Sergey Nalivaykonu vergilər naziri, Vitali Vovkanı sənaye naziri, Vladimir Zinovskini iqtisadiyyat naziri, Andrey Qayevi Dövlət Əmlak Komitəsinin sədri təyin edib.

Qeyd edək ki, Belarusun yeni baş naziri Andrey Vladimiroviç Kobyakov 21 noyabr 1960-cı ildə Moskvada anadan olub. Belarus hökumətində və Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Rusiyadakı səfiri olub.

Tarix
2014.12.27 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü - Foto

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

Prezident və xanımı Antalyada mühüm tədbirdə...

Bu nazirlikdə kollegiya iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla