Yuxarı

NASA-dan yadplanetlilər üçün Аzərbaycan muğamı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NASA-dan yadplanetlilər üçün Аzərbaycan muğamı - Video

Yutub portalında yadplanetlilər üçün nəzərdə tutulan "Voyacerin qızıl diski"ndə yer alan Azərbaycan muğamının audioyazısı yayılıb.

ANS-in məlumatına görə, audioyazını "Baku, Azerbaydjan" kanalı yayıb.

Qeyd edək ki, 1977-ci ildə kosmosa buraxılmış iki amerikan kosmik aparatı olan Voyacerlər Yer kürəsi barədə məlumatın qalaktikamızın digər sivilizasiyalarına ötürülməsinə yönəldilib. "Voyacerin" bortuna (n adı) içində qızıl suyuna salınan videodisk yerləşdirilib və yumru alüminium qutu bərkidilib.

Diskdə 122 slayd var və onlarda ən mühüm elmi bilgilər, Yerin və onun qitələrinin görünüşləri, müxtəlif landşaftlar, insan və heyvan həyatından olan səhnələr, DNT molekulu, onların anatomik quruluşu və bioximik strukturu toplanıb.

"Voyacerin" 78% yazısı bir çox mədəniyyətlərin musiqili ifadə formalarına həsr edilib. Klassik Qərb musiqisi Baxla (Branderburq konserti N2, "Rondo formasında qavot", "Temperasiyası yaxşı müəyyən edilmiş klavir"), Bethovenlə (5-ci simfoniya, simli kvartet № 13), Motsartla ("Sehrli fleyta") və Stravinskiylə ("Müqəddəs bahar") təmsil olunub. Yüngül Qərb musiqisi isə - Çak Berri ilə ("Johnny B. Goode"), Lui Armstronqla ("Melancholy Blues") və Kor Villi Jonsonla ("Dark Was the Night") təmsil olunub.

Yalnız Qərb musiqisi seçiminin yarısından da azını təşkil edir. Qalan digər yazı isə Hindistan, Yava və Yaponiya klassik musiqisindən, həmçinin 2500 il əvvəl çin bəstəkarı Bo Ya tərəfindən 7 simli Tsisyantsin aləti üçün bəstələnmiş çin əsərindən ibarətdir.

Maraqlıdır ki, yadplanetlilər üçün insan mədəniyyəti həm də Аzərbaycan muğamı ilə təmsil olunub.

Xatırladaq ki, 1977-ci ildə buraxılmış "Voyacer" 2007-ci il avqustda Günəş sisteminin hüdudlarından kənara çıxıb. Lakin onun yadplanetlilər tərəfindən tapılması və hətta tapılsa belə diskin uzun müddət zədə almaması ehtimalı çox azdır.

Hər bir halda bu maraqlı layihə insanlığın özünə belə çox şey öyrədir. Məsələn, bizimlə eyni planeti paylaşan amma hələ də ağıllanmayan ermənilər balabanın onlara aid olduğunu iddia etdikdə, bütün dünya tərəfindən qəbul edilmiş "Voyacer" diskini onlara misal gətirmək olar ki, ermənilər bu diskə salına biləsi insanlıq üçün heç bir xeyirə imza atmayıblar.

Tarix
2015.07.13 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla