1483-cü gün: Rusiyanın itkiləri yeniləndi
14:41
| Ana səhifə Planet |
|
İnterpol Gürcüstanın keçmiş prezidenti, hazırda Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini beynəlxalq axtarışa verməkdən imtina edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Feysbuk
səhifəsində vəkil Otar Kaxidze yazıb.
Onun sözlərinə görə, Mixail Saakaşvili haqqında İnterpolda axtarış
elan etmək İnterpol Konstitusiyasına və İnterpolun qaydalarına
ziddir. Vəkil O. Kaxidze bu barədə İnterpola üzv ölkələrə
təsdiqlənən məlumatlar göndərildiyini bildirib.
Xatırladaq ki, iyulun 31-də Gürcüstanın sabiq müdafiə naziri David
Kezeraşvili də beynəlxalq axtarış siyahısından çıxarılıb.
|
Tarix
2015.08.01 / 01:40
|
Müəllif
Axar.az
|