Yuxarı

Yunanıstanı xilas edən razılaşmanın ağır - Şərtləri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yunanıstanı xilas edən razılaşmanın ağır - Şərtləri

Yunanıstan hökuməti və beynəlxalq kreditorlar arasında razılaşdırılan yeni xilas paketinin detalları məlum olub.

Axar.az xəbər verir ki, razılaşmanın əsas şərtlərindən biri 2022-ci ilə qədər təqaüd yaşının 67-yə qaldırılması, 40 illik əmək fəaliyyəti olanlar üçün isə bu həddin 62 yaş olmasıdır.

Yunanıstan Maliyyə Nazirliyi ictimai təminat sisteminin təkminləşdirilməsi üçün vergidə ildə 0,5 faiz dəyişiklik etməyə də razılaşıb.

Həmçinin hökumət qaz bazarında islahatlar aparmaq öhdəliyi götürüb, 2018-ci ilə qədər bu sahədə liberallaşmaya nail olunmalıdır. Tərəflər limanların özəlləşdirməsi və TRAINOSE dəmir yolu ilə bağlı razılıq da əldə ediblər.

Yunanıstan hökuməti fermerlər üçün dizel yanacağına ayrılan maddi yardımların ləğvinə də razılıq verib.

Məlumata görə, bu il ərzində Yunanıstanın ilkin büdcəsinin defisiti ən çoxu 0,25 faiz VVP olmalıdır. Gələn il ilkin profisit - 0,5 faiz VVP, 2017-ci ildə 1,75 faiz VVP, 2018-ci ildə isə bu rəqəm 3,5 faiz VVP olmalıdır.

Tarix
2015.08.11 / 21:50
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

Növbəti raket hücumu: Türkiyə İrana cavab verə bilərmi?

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla