Yuxarı

Danimarkadan Türkiyəyə inanılmaz təklif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Danimarkadan Türkiyəyə inanılmaz təklif

Radikal sağçı Danimarka Xalq Partiyası hökumətdən qaçqın axınının dayandırılması üçün Türkiyəyə təzyiq edilməsini tələb edir.

Axar.az xəbər verir ki, iqtidardakı liberal partiya isə qaçqınların Türkiyədə qalması üçün bu ölkəyə iqtisadi yardımın göstərilməsinin vacib olduğunu bildirib.

Danimarka Xalq Partiyasının xarici əlaqələr üzrə nümayəndəsi Martin Henriksen TV2 kanalına verdiyi müsahibəsində qaçqın axınının dayandırılması üçün hökumətin xarici işlər naziri vasitəsilə Ankaraya təzyiq etməsini tələb edib.

Danimarkanın Xarici İşlər naziri Kristian Jensen müxalifətin təzyiqlərinə cavab verərək hazırkı vəziyyətin olduqca çətin olduğunu etiraf edib:

"Avropa bu gün 21-ci əsrin ən böyük qaçqın axınını yaşayır. Dünyada o qədər kasıb insan var ki, həyatlarını qurtarmaq üçün Avropaya axın edir. Bizim gördüyümüz yalnız buz dağının təpəsidir. Bu insanları öz ölkələrində saxlamağımız lazımdır. Bunun üçün Avropa ölkələri olaraq bir fond yarada bilərik. Bəlkə mən vəzifə müddətimdə bunu görmərəm, ancaq bizim uşaqlarımız bunun bəhrəsini görəcək".

Tarix
2015.08.25 / 21:08
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ceyhun Bayramov Ər-Riyada yola düşdü

Bu, İrana Xameneidən sonra ən böyük zərbədir

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

İran səfiri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Almaniya kansleri ilə danışdı

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Sikorski Azərbaycana dron hücumlarını pislədi

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla