Yuxarı

Buryat gənc: Qeyri-ruslar ölümə göndərilir - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Buryat gənc: Qeyri-ruslar ölümə göndərilir - Video

Denasifikasiya Ukraynaya yox, Rusiyaya lazımdır. Niyə? Çünki bütün qeyri-ruslar ölkədə daim diskriminasiya ilə üzləşirlər.

Axar.az xəbər verir ki, bu sözləri Tiktok sosial platformasında yayımladığı videoda buryat əsilli rus vətəndaşı deyib. O, Rusiyanın bütün bölgələrində rus olmayanlara qarşı aparılan diskriminasiya siyasətindən, eyni zamanda Ukraynaya daha çox qeyri-rusların göndərilməsindən bəhs edib:

“Məsələn, mən Buryatiyadanam, ancaq həmişə özümü bu ölkənin bir parçası hesab etmişəm. Lakin sən Rusiyanın istənilən regionuna getdiyin zaman o dəqiqə bu ölkənin bir parçası olmadığını anlayırsan. Çünki sən rus deyilsən, sənin öz mədəniyyətin, öz dilin var. Rusların əhalinin 70 faizini təşkil etdiyi Buryatiyada öz mədəniyyətini qorumaq çox çətindir və bütün hər yerdə rus dili istifadə edilir. Ancaq buryat dilində yalnız kəndlərdə yaşayan insanlar danışırlar. Ana dilində danışmaq isə ayıb sayılır. Biz mahiyyətcə ölürük, çünki indi ruslar 70 faizdir. 10-20 il keçəcək və ruslar 90 faiz olacaq, Buryatiya sadəcə olaraq Rusiyanın digər regionları kimi çağırılacaq. Ukrayna müharibəsindəki ölümlərə görə Buryatiya Dağıstandan sonra ikinci yerdədir. Yəni bu onu göstərir ki, Putin kasıb qeyri-rus bölgələrindən insanları ölməyə göndərir. Mən bu bölgədən olan insanların Ukrayna ilə müharibəyə can atdıqlarına son dərəcə şübhə ilə yanaşıram. Bu millətlərin Ukrayna ilə nə ərazi, nə də başqa bir konflikti var. Faktiki olaraq Rusiyadakı bütün qeyri-rus millətlər işğal olunmuş koloniyalardır. Məsələn, biz Buryatiyada yalnız Rusiyanın 350 il öncə rusların gəldiyi, öz idarəçiliklərini qurması və “bura indi Rusiyadır” deməsi haqqında versiyanı bilirik. Başqa heç bir informasiya yoxdur. Ona görə biz insanlardan torpaqlarını özlərinin idarə etməsini, öz dillərində danışmalarını və öz gələcəkləri haqqında rus dünyasında qərar verməməyi tələb edirik. Çünki biz rus deyilik”.

Tarix
2022.05.12 / 15:29
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev

Ermənistana daha 16 vaqon yanacaq göndərilir

Bu rayonun Azərbaycana böyük töhfəsi olacaq

DTX-də Heydər Əliyevin 103 illiyi qeyd olundu

Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - Video

Bütün dünyanın gözü bu gün Mehridədir... - Nikol

Prezident və xanımı Cəbrayılda - Video

Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsi...

O, bütün zamanların ölməz Lideri olaraq yaşayacaq

Lukaşenko İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla