Yuxarı

Diqqət: övladınızı intihardan necə qorumalısınız? - Psixoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: övladınızı intihardan necə qorumalısınız? - Psixoloq

Azyaşlıların intiharında əsas səbəb valideynlərin səhlənkarlığıdır. Oğlanlarla müqayisədə qızlar intihara daha çox meyilli olurlar. Bu yetişkinlik dönəminin tez inkişafı ilə əlaqəlidir.

Bu sözləri Axar.az-a açıqlamasında uşaq psixoloqu Narınc Rüstəmova deyib. Psixoloq bildirir ki, əgər intihar edən qız uşağıdırsa, risk bir az da artır:

"Psixoloji faktordan baxsaq, 9 yaşlı uşaq intihar edə bilər. Əgər qız uşağıdırsa, risk bir az da artır. İntihar prosesi birbaşa həyata keçirilən qərar deyil. Əgər bunu 9 yaşlı bir uşaq edirsə, demək, o, bunun haqqında bir neçə dəfə düşünüb, planlaşdırma aparıb. Bu mərhələni isə valideyn hiss etməyi bacarmalıdır. Adətən, 6-7 yaşdan sonra edilən intiharların ciddi səbəbləri olur".

İnsan intihara nə zaman əl atır?

Psixoloqun sözlərinə görə, intihar insanda toplanan hislərin partlaması nəticəsində yaranır:

"Bu, insanın yaşadığı müddətdə aldığı travmalara görə dəyişir. Belə anda intihar etmək istəyən şəxs nəinki özünə, həm də qarşı tərəfə xəsarət yetirmək potensialında olur. Bu hal daha çox böyüklərdə müşahidə olunur.

Uşaq intiharında isə qərar birbaşa olmur. Burada valideyn səhlənkarlığı olmazsa, bu qərarın qarşısını vaxtında almaq olar".

Valideyn nə etməli?

"Azyaşlı övladın baxdığı filmlərə, dinlədiyi musiqilərə diqqət edilməlidir. Valideyn övladının xarakterindəki dəyişikləri müşahidə etməyi bacarmalıdır. Hər şey qaydasında gedirsə, azyaşlı xoşbəxtdirsə, əlbəttə ki, intihar da olmaz".

İntiharı əsasən hansı xarakterə sahib uşaqlar edir?

Psixoloq bu xarakteri belə sıralayır:

Özünəqapalı;

Aşırı dərəcədə xəstəlik keçirən;

Dostu az olan;

Yeməyi tək yeyən uşaqlar.

Azyaşlını intihardan necə qorumalı?

"Biz uşaqlarımızı özgüvənli böyütməliyik. Çox qayğı övladlarda kompleks yaradır. Bunun üçün də uşaqlarımızı çox əzizləməməli, onları müstəqil həyata hazırlamalıq".

Xatırladaq ki, Bakıda 9 yaşlı qızın özünü uşaq otağındakı kondisionerin naqilindən asaraq intihar etməsi azyaşlılara qarşı bu mövzuda həssas olmağın vacibliyini bir daha gündəmə gətirib.

Tarix
2015.11.13 / 09:19
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla