Yuxarı

İranda məhbuslara təcavüz edilir, azad edilənlər isə…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda məhbuslara təcavüz edilir, azad edilənlər isə…

İranda son etirazlar zamanı tutalan şəxslərin əksəriyyətinin gənc olduğu nəzərə alınmalıdır. Onlar azadlığa çıxarkən həbsxanada yaşadıqları təzyiqlərə tab gətirə bilmir. Buna görə də psixoloji cəhətdən mütləq yardım edilməlidir.

Bu sözləri Axar.az-a Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədri Sina Yusifi deyib.

O, həbsxana mühitinin insanın psixoloji sağlamlığına ziyan vurduğunu, depressiyaya saldığını bildirib:

“Zindan mühiti elə bir yerdir ki, insanları psixoloji cəhətdən depressiyaya salır. Azadlığa çıxandan sonra yoldaşları belə insanları tərk edir. Bu məsələdə ailənin rolu çox önəmlidir. Ailələri məhbusların yanında olmalıdır. Bəzən həmin şəxs təzyiqlərdən ruhi sarsıntı keçirir. Bir də onların azad edilməsi üçün “tövbənamə” sənədi imzaladırlar. Belə şəxslərə azadlığa çıxanda pis baxırlar və mühakimə edirlər. Bu isə şəxsin özünə sui-qəsd etməsinə səbəb olur. Odur ki, ailələr, gərək, bu məsələdə diqqətli olsun, həbsxanadan çıxan yaxınlarını bir müddət tək buraxmasın. Mütəxəssis yanına aparıb, müalicə etdirsinlər. Əks halda yaxşı nəticə olmaya bilər”.

Vəkil bildirib ki, İrandakı son etirazlarda qadınlara qarşı cinsi zorakılığın olması ilə bağlı yayılan məlumatlar da intihara yol açan əsas səbəblərdəndir:

“Bu məsələdə qadınlar həssasdır. Əllərinə imkan keçən kimi intihar edə bilərlər. Hesab edirlər ki, onların namusuna və şərəfinə toxunulub. Kermanda bir vəkil bir neçə gün əvvəl özünü öldürdü. Vəkil 20 gün həbsdə saxlanıldı və azad olduqdan sonra özünü öldürdü. Onun bu məsələyə görə intihar etdiyi ehtimal olunur”, - o bildirib.

Tarix
2023.02.14 / 09:08
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla