Yuxarı

Türk diplomat: "III Dünya müharibəsi başladı..."

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Cumhuriyyət" qəzetinə müsahibəsində keçmiş səfir Uluç Özülker Suriya böhranı və "Cenevrə-3" konfransı ilə bağlı maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, səfir III Dünya Müharibəsinin artıq başlandığını bildirib.

Keçmiş səfirin iddiasına görə, ABŞ və Rusiya Suriya və İraq mövzusunda razılaşıblar. O, qeyd edib ki, ABŞ əslində Rusiyanın Suriyaya gəlişindən çox məmnundur.

"Amerika təkbaşına yalnız havadan vurmaqla nəticə qazana bilməyəcəyini bilirdi. Eyni zamanda koalisiyanın da təkbaşına çox şey edə bilməyəcəyinin fərqində idi. Nəhayət, Rusiya Suriyada yerləşdi və cənub qonşumuz oldu. Rusiya "Əsədli və ya Əsədsiz, fərqi yoxdur, Aralıq dənizinə çıxışı olan bir torpaq parçası mənim himayəmdə olacaq. Amerika da bunu qəbul etdi. Amerika və Rusiya arasında razılaşma var. İraq da, Suriya da parçalanır. Yeni bir coğrafiya ortaya çıxır. Bu coğrafiyanın içində Türkiyənin cənubi-şərqinin olub-olmadığını düşünmək lazımdır", - Uluç Özülker qeyd edib.

Keçmiş səfirin sözlərinə görə, hazırkı şərtlərdə Rusiya və Amerika arasında qəti bir razılaşma əldə etmək mümkün deyil: "Buna görə də məsələni zamanın öhdəsinə buraxacaqlar. "Zamanı gələndə yeni bir "Sykes Picot" razılaşması ilə problemləri həll edərik" yanaşması var.

Tarix
2016.02.01 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb

Arzu Əliyevadan Naxçıvanla bağlı daha bir paylaşım - Video

Zəngəzur layihəsini 3-4 il ərzində reallaşdıracağıq - Uraloğlu

Kəlbəcərli Ayan ABŞ-da təsirli çıxışı ilə yadda qaldı - Video

Sahibə Qafarova Vatikanda

Prezidentin Avropa Zirvəsi: Bakı-Brüssel xəttində yeni mərhələ

Azərbaycan Ordusunda psixoloqlarla görüş keçirildi

Azərbaycan XİN Norveçi təbrik etdi

İrəvan və Bakı arasında sülh müqaviləsi... – Arakçı

Ədalət Partiyasının yeni sədri seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla