Bu assosiasiyaya yeni rəhbər təyin edildi
10:46
| Ana səhifə Planet |
|
ABŞ Prezidenti Co Bayden administrasiyası ölkənin Ukrayna ilə bağlı strategiyasının nədən ibarət olduğuna aydınlıq gətirməlidir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson (respublikaçı, Luiziana) deyib.
Onun sözlərinə görə, Konqresin aşağı palatasında Ukraynaya yardım üçün əlavə maliyyə ayrılmasına qarşı çıxan respublikaçılar Ağ Evə “amerikalılarla dürüst danışmadığına dair siqnal” göndərirlər:
"Biz Ukraynada nəyə nail olmağa çalışırıq? Strategiyamız nədir? Məqsədimiz nədir?"
Conson xatırladıb ki, ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötüb və Kiyevi dəstəkləmək üçün əlavə vəsaitin ayrılması bu borcun daha da artması demək olacaq.
|
Tarix
2024.01.07 / 19:01
|
Müəllif
Axar.az
|