Böyük Britaniya Avropa Birliyindən
çıxmayacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında
politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə,
Britaniya çalışır ki, Avropa Birliyinə öz şərtlərini diktə
etsin:
"O, bütün Avropa üçün mini qərb rolunu oynayır. Eyni rolu Şərqi
Avropa üçün isə Berlin və Paris tərəfindən ifa olunur. Görünür,
Vaşinqtonu bu situasiya qane edir. Məhz buna görə ABŞ London üçün
xüsusi valyuta şərtlərini saxlayıb. Əgər gələcəkdə Vaşinqtonun özü
avronu ucuzlaşdırsa, Avropadakı maliyyə stabilliyini dəstəkləməkdən
imtina etsə, Britaniya onun yaxın müttəfiqi kimi əziyyət
çəkməyəcək. Ona görə də bir daha təkrar edirəm ki, bu ölkənin
Avropa Birliyini tərk etməsi üçün praktiki olaraq heç bir şansı
yoxdur".
Qeyd edək ki, bu gün Devid Kemeron Böyük Britaniya ilə Avropa
Birliyi arasında razılığın əldə olunduğunu, ölkəsinin ittifaqın
daxilində özəl statusu olacağını bildirib.