Yuxarı

Rusiyada islamafob deputatın başı yarıldı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Samara vilayətində Kommunist Partiyası fraksiyasının üzvü, ksenofob və antiislam mövqeyi ilə tanınan deputat Mixail Matveyev miqrant tərəfindən döyülüb.

Axar.az xəbər verir ki, bununla bağlı deputat özü Teleqram kanalında məlumat yayıb, başının sarğıda olan fotosunu, həmçinin video da yerləşdirib.

Özünün iddiasına görə, ərazidən keçərkən dəyənəklə “silahlanmış” üç miqrantın yoldan keçən insanları qorxutduqlarını görüb və sürücüdən maşını dayandırmağı istəyib.

Daha sonra deputat maşından enib və qısa söhbətdən sonra onun başına dəyənəklə zərbə endirilib.

O, hadisədən sonra əraziyə polis və təcili tibbi yardım çağırdığını və onların da əraziyə olduqca gec gəlməsindən şikayətçi olduğunu bildirib.

Qeyd edək ki, Matveyev bundan öncə islam dinini təhqir etdiyinə görə Çeçenistan lideri Ramzan Kadırovdan üzr istəməyə məcbur olmuşdu.

Tarix
2024.07.19 / 00:23
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İlham Əliyev Con Ardilli qəbul etdi

Prezident 1 sərəncam, 1 fərman imzaladı

Prezident Olivye Le Peşi qəbul etdi

İlham Əliyev Bakı Ekspo Mərkəzində... - Foto

İlham Əliyev Pakistanın neft nazirini qəbul etdi

Sabah Bakıda mühüm konfrans baş tutacaq

Prezident Məhəmməd Əbunəyyanı qəbul etdi

İlham Əliyev türkiyəli naziri qəbul etdi - Foto

Rusiyanın nüvə gücünə zərbə endirildi: Kiyevin planı nədir?

Türkiyə və Azərbaycan bu baxımdan strateji əhəmiyyət daşıyır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla