Yuxarı

Xankəndidə yeni yaşayış binaları tikiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndi şəhərində aparılan genişmiqiyaslı tikinti-quruculuq işləri çərçivəsində yeni yaşayış binaları inşa ediləcək.

Axar.az xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov "Gələcəyin Qarabağı üçün birgə addımlar" konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunun panelində çıxışı zamanı deyib.

Bildirib ki, Xankəndi şəhərindəki yaşayış binalarının əksəriyyəti ötən əsrin 1950-1960-cı illərində inşa olunub. Şəhərin müxtəlif küçə və prospektlərində yerləşən və o zamanlar Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə tikilmiş hündürmərtəbəli yaşayış binalarının əksəriyyəti artıq istismar müddətini başa vurub. Qəzalı vəziyyətdə olan binalar müvafiq qurumların rəyi əsasında sökülərək, yerində müasir, Azərbaycanın memarlıq üslubuna uyğun hündürmərtəbəli yaşayış binaları tikiləcək. İnşaat işləri dövlət büdcəsi hesabına yox, özəl sektor tərəfindən tikinti şirkətləri vasitəsilə həyata keçiriləcək. Bu da doğma Xankəndidə dayanıqlı məskunlaşmaya və yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Bir sözlə, özəl sektor tərəfindən həyata kecirləcək tikinti işləri bölgədə iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək.

Tarix
2025.06.02 / 16:23
Müəllif
Axar.az
Digər xəbərlər

“Hörümçək toru” əməliyyatı belə idarə olunub - Detallar

Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?

Azərbaycanla əlaqələr dərin kökə malikdir - Netanyahu

Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

907-ci düzəliş ləğv edilməlidir - Səfir

Bayramov Keniya prezidenti ilə görüşdü

Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla