Yuxarı

Kursk hücumu: Kiyev ABŞ-a müraciət etdi – İcazə ver!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kursk hücumu: Kiyev ABŞ-a müraciət etdi – İcazə ver!

Ukrayna ordusunun Kursk bölgəsinə girməsindən sonra Kiyev Rusiya ərazisinə ATACMS-la zərbələr endirmək üçün yenidən ABŞ-a müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” Zelenskinin adının açıqlanmasını istəməyən müşavirinə istinadən məlumat yayıb.

“Belə bir siyasi qərar Ukrayna Silahlı Qüvvələrinə Kursk vilayətinin ələ keçirilmiş ərazilərini qoruyub saxlamağa imkan verəcək. Məsələ budur ki, bu, Rusiya ilə danışıqlar üçün lazımi rıçaq verəcək. Üç gün ərzində Kursk vilayətində Ukrayna ordusu təxminən 100 km² ərazini ələ keçirib və yüzlərlə rus əsgərini əsir götürüb. Onlar “Qazprom”un Avropaya yanacaq tədarükü üçün istifadə etdiyi “Suca” qazpaylama stansiyasına da nəzarət edirlər”, - o bildirib.

Nəşr qeyd edir ki, Rusiya qırıcılarının Ukrayna qüvvələrinin mövqelərini bombalamaq üçün havaya qalxdığı hərbi aerodromlara uzaqmənzilli raketlərdən istifadə edilməsi planlaşdırılır.

Tarix
2024.08.09 / 10:58
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla