Yuxarı

Maslyakovun varislərinə qoyduğu böyük miras məlum oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maslyakovun varislərinə qoyduğu böyük miras məlum oldu

Ötən gün vəfat edən məşhur Şən və Hazırcavablar Klubu (ŞHK) telelayihəsinin aparıcısı Aleksandr Maslyakovun varislərinə qoyduğu miras məlum olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, rusiyalı teleaparıcı varislərinə 338 milyon rubl (6 milyon manatdan çox) dəyərində ikimərtəbəli malikanə qoyub.

Həmçinin nəşrin məlumatına görə, onun bahalı avtomobillərdən ibarət kiçik parkı olub.

Eyni zamanda, qeyd edilir ki, Aleksandr Maslyakov böyük məbləğdə gəlirlərinə görə tez-tez sosial şəbəkələrdə qınaqlara tuş gəlirmiş, lakin həmkarı Yuli Qusman ŞHK-nın stabil olaraq bütün reytinqləri üstələdiyini xatırladaraq onun müdafiəsinə qalxırmış.

Maslyakovun ŞHK-nın istehsalı ilə məşğul olan "AmiK" şirkətinə də sahib olduğu bildirilir ki, bu şirkət teleaparıcının oğluna keçə bilər. Maslyakovun arvadı Svetlana da birinci dərəcəli varislər siyahısındadır.

Qeyd edək ki, "Forbes"a görə, 11 il əvvəl "AmiK"in illik gəliri ən azı 3.5 milyon dollar təşkil edib. Maslyakovun özü isə 500 milyon rubl (9 milyon manatdan çox) gəliri olduğunu bəyan edib.

Xatırladaq ki, teleaparıcı Aleksandr Maslyakov sentyabrın 8-də 83 yaşında ağciyər xərçəngindən vəfat edib.

Tarix
2024.09.09 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla