Yuxarı

Rza Zərrabı tutduran şəxs danışdı - İlk dəfə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rza Zərrabı tutduran şəxs danışdı - İlk dəfə

Pulunuz və gücünüzün çox olmasının, yüksək dairələrlə bağlantı qurmağınızın bizim üçün heç bir fərqi yoxdur. Hər şey qanunla həll olunur.

Axar.az xəbər verir ki, bu sözləri azərbaycanlı milyarder Rza Zərrabı həbs etdirən Baş prokuror Prit Bahara Nyu York Jurnalistlər Birliyinin illik konfransının açılış mərasimində deyib. O, jurnalistlərlə söhbətində Rza Zərrab və Türkiyə haqda fikirlərini bölüşüb:

"Əgər qanunları pozurlarsa, biz də bununla bağlı tədbir görəcəyik. Rza Zərrab bir müddət əvvəl Türkiyədə həbs olunmuşdu. Ancaq bu məsələnin bizə aidiyyəti yoxdur. Zərrab bir neçə çox qarışıq səbəbdən dolayı Türkiyədə populyar imiş. Heç bilməzdik ki, onun həbsi bu qədər səs-küyə səbəb olar.

Rza Zərrabı həbs edəndə mənim Tvitterdə 8 min izləyicim var idi. 4 gün ərzində bu say 270 minə çatdı. Bu, Türkiyədə insanların sosial şəbəkələrə inandığının göstəricisidir".

Xatırladaq ki, Rza Zərrabın İran hökuməti adından ölkəyə tətbiq olunan sanksiyalardan qaçmaq üçün qurduğu mexanizmin parçası olaraq yüz milyonlarla dollarlıq əməliyyatlar həyata keçirdiyi iddia olunur. O, bank sənədlərini saxtalaşdırmaqda, çirkli pul yumaqda suçlanır və bu ittihamlara görə onu 75 il həbs cəzası gözləyir.

Tarix
2016.04.11 / 14:53
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla