Yuxarı

Qızını işgəncə ilə öldürən ataya ömürlük cəza verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızını işgəncə ilə öldürən ataya ömürlük cəza verildi

Britaniyada 10 yaşlı qızı Sara Şərifin qətlində təqsirli bilinən atası və ögey anası ömürlük həbs cəzasına məhkum ediliblər.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Urfan Şərif azı 40 il, Beinaş Batul isə 33 il həbsdə qalmaqla ömürlük həbs cəzasına məhkum ediliblər. Sara Şərifin əmisi, Feysəl Malik qətldə təqsirli bilinməsə də, uşağın ölümünə səbəb olma və ya buna yol vermə ittihamı ilə 16 il həbs cəzası alıb.

Sara 2023-cü il avqustun 8-də Surrey qraflığının Vokinq şəhərindəki evində vəfat edib və cəsədi iki gün sonra çoxsaylı xəsarətlərlə tapılıb. Məhkəmə prosesində məlum olub ki, Sara uzun müddət ərzində fiziki zorakılığa məruz qalıb və bu, onun ölümünə səbəb olub.

Hakim cəza təyin edərkən təqsirləndirilən şəxslərin əməllərinin ağırlığını və uşağın çəkdiyi əzabları nəzərə alıb.

Tarix
2024.12.17 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla