İsraildən başqa hamı ilə danışa bilərik - Pezeşkian
17:17
Ana səhifə Planet |
ABŞ Prezidenti Donald Tramp ölkənin 35-ci prezidenti Con Kennedi, qardaşı, senator Robert Kennedinin və ABŞ-da qaradərililərin hüquqlarının müdafiəsi hərəkatının lideri Martin Lüter Kinqin öldürülməsi ilə bağlı sənədlərin məxfilikdən çıxarılması haqqında fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Bu qətllərlə bağlı bütün sənədləri, nəhayət, gecikmədən dərc etmək milli maraqlara uyğundur”, - məlumatda deyilir.
Fərmanda qeyd edilir ki, Milli Kəşfiyyat direktoru və baş prokuror 15 gün müddətində prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi və prezidentin müşaviri ilə razılaşdırmaqla, Kennedinin cinayət işinin araşdırılmasına dair sənədlərin açıqlanması planını Trampa təqdim etməlidir.
Tarix
2025.01.24 / 11:05
|
Müəllif
Zeynəb Əkbər
|